"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Minlərin, yüzlərin arasından sığındığım məbəddi, limandı sevgin....BəLəDiYYə üZVü YAZIR

--2018-11-13 / 09:42

Yüz minlərin içində səni axtarmaq...

Hər açılan səhərdə, hər batan günəşdə səni gözləmək...

Saatları, günləri, ayları aldatmaq bir az da başqalarını, bir az da özünü aldatmaq... Yazmaqdı vərəqlərə səni...

Başqa bədənlərdə başqa ruhlarda səni unutmağa çalışmaq...

Budu sevgin....

Qəlbimin ətəyindən üzlücə tutub sallaşıbdı sevgin...

bəzən səni kimi onu da geridə qoyuram, hönkür hönkür ağladığını, fəryadını duyuram...

Dönürəm yenidən qucaqlayıram öpürəm üz gözündən...

Necə məsumdu necə zavallıdı necə yetimdi sevgin...

Minlərin, yüzlərin arasından sığındığım məbəddi, limandı sevgin....

Səbinə Abdullayeva 

Xətai bələdiyyəsinin üzvü

ŞƏRHLƏR