Azərbaycan tarixində xususi yeri olan Babək qəsəbəsinə şəhər, Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu çoxdan verilməli idi.
Qeyd edim ki, 2500 nəfər əhalisi olan Xızı və Lerikə bu status xeyli vaxtdır ki verilib. Çox yaxşı haldır ki, hətta Fuzüli rayonundakı Horadiz qəsəbəsinə də şəhər statusu verilib.
Mənə maraqlıdır, özüdə çox maraqlıdır, nədən və hansı səbəbə Ağdam rayonunun hazır ki mərkəzi hesab edilən, bütün ifrastrukturun formalaşdırıldığı və əhalisinin sayının 30 min nəfəri keçdiyi halda Quzanlı qəsəbəsinə şəhər statusu verilmir?
Bunun üçün kiminsə və ya hansısa təşkilatın müraciətimi lazımdır? Ağdam RiH sabiq icra başçsı Nizami Sadıxovun vaxtında, 2009-cu ildə, kəndə qəsəbə statusu verildi. Sonrakı dövrdə də bu proses bir neçə dəfə qaldırıldı. Lakin məsələnin axırına kimi gedən tapılımadı...
Bəs indi kimi gözləyirik? Müvafiq orqanlar və müvafiq şəxslər belə təşəbbüsdə bulunmaq üçün yuxarıdan tapşırıqmı gözləyirlər.
Bəlkə hərəkətə gələsiniz. Gec də olsa....