Saatlı rayonu Mollavaizli bələdiyyəsi ikinici Qarabağ müharibəsin şəhid olan Oqtay əhməd oğlu Səfərovun xatirəsinin əbədiləşdirilməsi məqsədiylə xatirə kompleksini istifadəyə verib. Bələdiyyə iclasının qərarıyla həyata keçirilən bu addım kənd sakinlərinin tərəfindən dəstəklənib.
əlavə edək ki, Oqtay əhməd oğlu Səfərov 1993-cü il mayın 15-də Saatlı rayonunun Qaralar kəndində anadan olub. O.Səfərov 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Oqtay əhməd oğlu Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oqtay Səfərov noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub. Saatlı rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti ilham əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Oqtay əhməd oğlu Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Belediyye.info
|
|
|
|
|
|
|