Yunanıstanın paytaxtı Afina şəhərində Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq Komitəsinin növbəti iclası başa çatıb.
Belediyye.infoya bu barədə məlumatı Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib. Nümayəndə heyətinə Naxçıvan Muxtar Respublikasının deputatı, Avropa şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar ibrahimov və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev daxil idi.
Assosiasiya sədrinin sözlərinə görə, iclasda Monitorinq Komitəsinin sədri Leen Verbeekin və konqresin baş katibinin çıxışları olub.
iclasda əvvəlki görüşdən sonrakı müddətdə yaranan mövzular ətrafında ciddi müzakirələr keçirilib. Xatırladaq ki, əvvəlki iclas 10 oktyabr 2016cl ildə Fransanın Strasburq şəhərində keçirilmişdi.
Bununla yanaşı iclasda yerli və regional səviyyədə insan hüquqlarının vəziyyəti, Türkiyədə faktaraşdırıcı missiyanın fəaliyyəti, Avropada miqrantlar məsələsi, Avropada yerli və regional demokratiya qəbul olunma üçün təqdim edilmiş hesabatlar, Finlandiya Estoniya, Malta və islandiyada yerli və regional demokratiyanın vəziyyətilyə bağlı hesabatlar müzakirə edilib.
iclasda həmçinin Yerli özünüidarə haqqında Avropa Xartiyasında müstəqil ekspertlər qrupunun rəhbərliyi ilədə fikir mübadiləsi aparılıb, həmçinin, Komitənin 2017-2018-ci illər üzrə iş planı da müzakirə edilib.
iclasın yekununda növbəti müzakirənin 28 mart 2017-ci ildə Strasburda keçirilməsi qərara alınıb.
Belediyye.info