Zakatala rayonu Mosul bələdiyyəsi ciddi bir layihənin icrasını bələdiyyə iclasında müzakirə edərək qərar verib. Belə ki, kənd ziyalılarının və sakinlərinin qatıldığı bələdiyyə iclasın əsas mövzusu kənddə olan qəbirstanlığın ərazisin də fındıq topaları ilə bağlı olub. Həmin fındıq ağacları kolxoz dövründə aşağıda adları qeyd edilən sakinlər tərəfindən istifadə edilmişdir. Bununla bağlı məlumatı Mosul bələdiyyəsi yayıb.
Bələdiyyə sədrinin sözlərinə görə, hazırda insanların dəfn edilməsi üçün boş yer olmadığından bu fındıq topalarının bu ərazidən köşürülməsi məsələləsi kənd sakinləri tərəfindən qaldırılıb. əlavə edək ki, islahat aparılan zaman həmin fındıq topaları kəndin xəritəsində qəbirstanlıq üçün saxlanılmışdır.
Bələdiyyənin təqdim etdiyi məlumatda fındıq topalarından istifadə edən vətəndaşların siyahısı da verlib: 1.Məmmədov Camaləddin islam oğlu 2.Məmmədov Mahmud Rəcəb oğlu 3.Abdurahmanov Çələbi Həzrətəli oğlu 4.əsədullayev əhməd əsədulla oğlu 5.əliməmmədov Arzuman Həsən oğlu.
iclasda qeyd edilib ki, adları qeyd olunanlar tərəflərindən heç bir sənəd olmadan istifadə edilir. Kənd əhalisi haqlı olaraq bələdiyəyə şifahi müraciət edərək qəbirstanlıqda fındıq topalarının və kol-kosdan təmizlənib insanların dəfn edilməsi üçün yerin genişləndirilməsi üçün addım atmağı xahiş edib. Bələdiyyə iclasında çıxış edən kənd sakini ağsaqal Rəşidov əlibəy ibrahim oğlu bildirib ki, adıçəkilən qəbirstanlıq ərazisi həqiqətən babaları tərəfindən əhalinin dəfn üçün ayırılmışdır və islahatda da qəbristanlıq ərazısı salıblar.
Natiq çıxışında təklif edib ki, bütün fındıqlıq çıxarılsın və əhalinin dəfni üçün yer olsun. Mosul kənd tam orta məktəbin sabiq direktoru Novruz israfilov da öz çıxışına bildirib ki,qəbirstanlıq problemi 25 ildir ki davam edir indi vaxt gəlib çatıb ki, fındıq təmiz çıxardılmalı və yeri dəyişdirilməlidir ki, gələcəkdə bu problem bir daha ortaya çıxmasın.
Sonda çıxışıında Mosul kənd ərazi icra Dairəsi üzrə nümayəndəsi Abdulla Arıxov kəndin ağsaqalların verdiyi tövsiyyə əsasən kəndin böyük qəbirstanlıq fındıq topalarının yerinin dəyişdirilməsi və qəbirstanlığın genişləndirilməsini təklif edib.
Mosul kənd islahat Komissiyasının Qərarı ilə ayrılmış böyük qəbirstanlıq ərazisində olan fındıq topalarının yerinin dəyişdirilməsi və ərzainin kol-kosdan təmizlənməsi və dəfn üçün yerin genişləndirilməsi qərara alınıb.
Belediyye.info