“Zakatala rayon Mosul bələdiyyəsi yaxın günlərdə müəssisə yaratmaq niyyətindədir”-bu fikirləri Belediyye.infoya bələdiyyənin sədri Elçin Alasiyev bildirib.
Sədrin sözlərinə görə, ötən il bələdiyyə mülkiyyətində olan 5 hektarlıq ərazidə taxıl, 2 hektarlıq ərazidə tütün əkilib. Sonda taxıldan 2.000 manat, tütündən isə 4.400 manat büdcə gəliri olub.
Növəbti il üçün büdcənin təsdiqləndiyi deyən sədr bildirib ki, büdcə gəlirləri proqnoz olaraq müzakirələrdən sonra 29.800 manat təsdiqlənib.
Bu rəqəmin 12 min manatını torpaqdan icarə haqqları təşkil etməsi planlaşdırılıb.
Qeyd edək ki, kənddə olan 728 evin heç birinin mülkiyyət hüququnu təsdiq edən sənədin olmaması ücbatından əmlak vergisinin yığımında müəyyən çətinliklər vardır:
“Amma sakinlərimiz bələdiyyəyə könüllü olaraq maddi yardımlar edirlər.”
Xatırladaq ki, Zaqatala rayon Mosul kəndinin ərazisi 2302 ha, əhalisi 3229 nəfərdir. Kənd 9 obadan ibarətdir. Kənddə orta məktəb, həkim məntəqəsi, mədəniyyət evi, uşaq baxçası, məscid, kitabxana, futbol meydançası,cüdo idman zalı(balaca), müasir tipli ATS, poçt vardır.
Belediyye.info