"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mosul bələdiyyəsi sakinlərə hesabat verdi

--2019-01-21 / 16:51

Zakatala rayonu Mosul bələdiyyəsinin 2018- ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib.

Yığıncaqda Mosul bələdiyyəsinin sədri Elçin Alasıyev geniş hesabat məruzəsiylə çıxş edib.

Sədr çıxşında bildirb ki, Mosul bələdiyyəsinin 2018- ci ilin illik prognozu 29 000 manata qarşı yerinə yetirmə 31277.01 manat yeni 107 % yerinə yetirilib.

Mosul bələdiyyəsinin gəliri torpaq vergisindən 12.524 manat, əmlak vergisindən 1409 manat,   bələdiyyə torpaqlarından icarə haqqı 8521 manat, dövlət tərəfindən verilmiş dotasiya 2150 manat, kənd təsərrüfatı məhsulların (buğda,arpa və tütün ) satışından 6.672   manat olub. Bununla yanaşı 2017-ci ildən qalığı 7818 manat bələdiyyə büdcəsinə cəmi 39095 manat vəsait daxil olub.

O cümlədən xərclər: D.S.M.F. 3435.60 manat, əmək haqqına 8799 manat, köhnə işçilərin qalığ əmək haqqı 2356 manat,müqavilə əsasən verilən əmək haqqı 4326 manat, mədəniyyət tədbirlərinin “Novruz bayramının ” keçirilməsinə 430 manat, tarlalar arası torpaq yolun qum çıngıl tökülməsına və yayılmasına 1950 manat, tarlalar arası torpaq yolun kol kosdan təmizlənməsinə genişləndirilməsinə 1272 manat, şəhid aillələrinə yardım 793 manat, kənd təsərrüfatı məhsulların (Arpa toxumların) alınmasına 635.4 manat, 1941-45 ci il abidənin ətrafına asfalt döşəməsinə 660 manat, məktəbə və Uşaq bağçaya içməli suyun çəkilməsinə və tibməntəqəsi üçün setka alınmasına 489 manat, Ali məktəbdə qəbul olunan gənclərə mükafat verilməsi üçün 217 manat, məişət tulantılarına zərərsızləşdirilmasına 100 manat, idman tədbirlərin keçirilməsi üçün 270 manat, akt zalın səhnəsinin təmirinə 750 manat və cəmi olaraq 33925 manat vəsait xərclənib.

2018 ci ildə ümumtəsil məktəblərini bitirən ali məktəblərə qəbul imtahanlarından yüksək bal toplanmış tələbə adını qazanmış 7 nəfər Mosul kənd məzunlarına fəxri fərmanlar və mükafatlar verilmişdir.

Sədr hesabat məruzəsində daha sonra bildirib ki, 2018-ci ildə yolların cari təmiri diqət mərkəzində olub. 12 (on iki) km məsafədə kəndin tarlalar arası yolları genişləndirilmə işləri aparılmışdır. Həmçinin tarlalar arası yollarına 3 (üç) km məsafədə çıngıl (xırda daş) döşənilib qreiderle hamarlanılıb.

Bələdiyyənin ğnəm vərdiyi əsas istiqamətlərindən ən vacibi imkansız ,əlil ailələrinə və şəhid ailələrinə maddi yardımların verilməsidir. şəhid ailələrə qış mövsümündə 6 kub odun yanacağı ilə təmin olunub.

1941-45 ci il müharibə iştrakçıları və Qarabağ uğrunda şəhid olmuş vətən oğulların adında ucalmış abidənin ətrafında 140 kv.metir məsafədə asfalt çəkilmişdir:

-          Bildiyiniz kimi, 2017-ci ilin oktyabr ayında Bələdiyyə öz hesabından bələdiyyə torpaqında 5 ha.torpaq sahəsində arpa əkilmiş və 2018-ci ildə biçim işləri aparılib və bələdiyyəyə 10 ton arpa mədaxil olunub və mədaxil olunan k/t m’hsullar satışa çıxarılmışdır.Satılan məhsulu pul şəklində poçt vasitəsi ilə bələdiyyə mədaxil olunmuşdur.

Bələdiyyənin maliyyə imkanlarının gənişləndirmək üçün bələdiyyənin əkinə yararlı 2 ha.bələdiyyənin torpaqda kənd təsərrüfatı məhsulu olan tütün əkilmişdir 23 ton yaşıl və 150 kg quru tütün istehsal olunub.

Bələdiyyə tərəfindən 2019-ci ildə kəndə, öz büdcəmizi nəzara alaraq işlərin görülməsi davam etdiriləcəkdir. Bunun üçün bələdiyyənin tərkibində “Mosul”MMC müəssisə yaradılmış və bundan sonra kənd təsərrüfatı məhsulların istehsalı “Mosul” MMC təırəfindən həyata keçirilməsi nəzərdə tutulub.

Yığıncaqda məruzə ətrafında geniş müzakirələrdə bələdiyyə üzvləri və sakinlər çıxış edərək sədrin hesabatını müsbət qiymətləndirmişlər.

Hesabat yığıncağında Zakatala RiH Başçısı Aparatının və Mosul kəndi üzrə icra nümayəndəliyinin təmsilçiləri iştirak ediblər

Belediyye.info

ŞƏRHLƏR