"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Muğanlı kəndində bələdiyyə parkı istifadəyə verilib

--2016-04-26 / 20:02

Ağstafa rayonunun Muğanlı kəndindəki park yenidən qurularaq sakinlərin istifadəsinə verilib.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev son aylarda qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, Ağstafada kənd yerlərində parklar salınması və əsaslı təmir edilməsi istiqamətində müəyyən təcrübə var. Bir neçə il əvvəl Eynallı kəndində də bələdiyyə parkı salınmışdı və bu iş davam etməkdədir. Muğanlı kəndinin bələdiyyə parkında yenidənqurma və tikinti işləri Kənd Təsərrüfatı Nazirliyinin müvafiq xidməti tərəfindən maliyyələşdirilib.

Parkda yeni oturacaqlar qoyulub, səkilərə dekorativ daş düzülüb, işıq dirəkləri quraşdırılıb. Həmçinin müasir iaşə obyekti tikilib və sakinlərin istirahəti üçün münasib şərait yaradılıb.

Ağstafa rayonunun 2014-2018-ci illəri əhatə edən sosial-iqtisadi inkişafı proqramına əsasən Muğanlı, Dağ Kəsəmən, Aşağı Kəsəmən, Xətai, Tatlı və digər kəndlərində aparılan abadlıq işləri, yeni sosial binaların tikintisi də başa çatmaq üzrədir.

http://azertag.az/xeber/945417

ŞƏRHLƏR