Bu gün Sabunçu rayonu Bilgəh bələdiyyəsinin sədri Təyyar ibadovun yubiley-60 yaşı tamam olur. Həm də müharibə veteranı olan bələdiyyə sədrini ürəkdən təbrik edir və inanırıq ki, növbəti illərdə də bələdiyyə sisteminin inkişafına öz dəstəyini göstərəcək, Bilgəh bələdiyyəsinin əvvəlki illərdə formalaşmış ənənəsini layiqli şəkildə bundan sonra da davam etdirəcəkdir.
Qeyd edək ki, Sabunçu rayon Bilgəh bələdiyyəsinin sədri ibadov Təyyar Məmi oğlu 02 yanvar 1962-cı il Biləsuvar rayonunun Səmədabad qəsəbəsində anadan olub.
1983-1987-ci illərdə M.A.əliyev adına Azərbaycan Dövlət incəsənət institutunun mədəni-maarif şöbəsinin əyani fakultəsini bitirib.
1987-2014-kimi Bilgəh kardioloji Sanatoriyasında Mədəni kütləvi işlər üzrə baş həkimin müavini vəzifəsində işləyib.
1993-1996-cı ilə kimi Birinci Qarabağ müharibəsində iştirak edib. Qarabağ müharibəsi veteranıdır.
Ailəlidir, iki övlad atasıdır.
2014 və 2019-cu illərdə bələdiyyə seçkilərinə qatılaraq bələdiyyə üzvü və 01 avqust 2015-ci ildən hal-hazıra kimi Sabunçu rayonu Bilgəh bələdiyyəsinnin sədri vəzifəsində işləyir.