Belediyye.infoya 2017-ci ilin 6 ayı ərzində Biləcəri bələdiyyəsində daxil olmuş vətəndaş müraciətlərinə baxılması, sənədlərlə işin və vətəndaşların qəbulunun təşkili haqqında məlumat daxil olub.
Məlumatda qeyd edilir ki, 2017-ci ilin I yarımili ərzində Biləcəri bələdiyyəsinə vətəndaşlardan ümumilikdə 181 müraciət daxil olmuşdur. Bu da 2016-cı ilin müvafiq dörü ilə müqayisədə 38 vahid və ya 17,3%, 2015-ci ilin müvafiq dörü ilə müqayisədə isə 119 vahid və ya 39,6 % azlıq təşkil edir.
Hesabat dövrü ərzində bələdiyyəyə daxil olmuş vətəndaş müraciətlərindən 179-u ərizə (daxil olmuş müraciətlərin 99%-i; o cümlədən, 2016-ci illə müqayisədə 34 vahid və ya 16% az) və 2-si (daxil olmuş müraciətlərin 1,1%-i; o cümlədən, 2016-ci illə müqayisədə 1 vahid və ya 2,1% az) şikayət olmuşdur.
Daxil olmuş vətəndaş müraciətlərinə baxılmasının mövzular və növlər üzrə bölgüsü barədə məlumatlar təhlil edilərək müəyyən edilmişdir ki, müraciətlərin əsasən 31%-i torpaq sahəsinə dair sənədləşmə məsələləri (56 müraciət), 27%-i vətəndaşa torpaq sahəsinin ayrılıb ayrılmaması barədə məlumat verilməsi (49 müraciət), 5,5%-i dəfn xərcinin ödənilməsi (10 müraciət), qalan müraciətlər – 5,5%-i vətəndaşa torpaq sahəsinin ayrılması (10 müraciət), 5,5%-i hərbi xidmətdə olan əsgərlərə müxtəlif səbəblərdən məzuniyyət verilməsi barədə hərbi hissələr müraciət edilməsi (10 müraciət), 4%-i küçələrdə abadıq işinin aparılması, o cümlədən asfalt örtüyü, kamunikasiya xətlərinin çəkilməsi 7 (müraciət) və 21,5%-i (39 müraciət) digər mövzular ilə əlaqədar olmuşdur.
2017-ci ilin 6 ayı ərzində Binəqədi Rayon icra Hakimiyyəti başçısı Aparatından Biləcəri bələdiyyəsinə 14 müraciət (daxil olmuş müraciətlərin 8%-ni) daxil olmuşdur. Daxil olan müraciətlər növlər üzrə təhlil edərkən məlum olmuşdur ki, müraciətlərin 10-u vətəndaşa hər hansı bir məqsəd üçün torpaq sahəsinin ayrılması, 1-i birdəfəlik maddi yardım göstəriləməsi, 2-i məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsi, 1-i isə vətəndaşa məxsus torpaq sahəsinin istifadəyə yararlı vəziyyətə gətirilməsi ilə əlaqədar olmuşdur. RiH-dən daxil olan müraciətlərin icrası ilə əlaqədar bildirmək istəyirəm ki, müraciətlərdən 13-nə müvafiq izahat verilmiş, 1-i isə müsbət həll edilmişdir.
Ümumilikdə cari ilin 6 ayı ərzində bələdiyyəyə daxil olmuş vətəndaş müraciətləri tərəfimizdən araşdırılaraq
74,5%-i və ya 135-i müsbət həll edilmiş, 19%-nə və ya 34-nə müvafiq izahat verilmiş, 4,8% və ya 7-i isə aidiyyatı üzrə müvafiq qurumlara göndərilmiş, 3%-i və ya 5-i isə hazırda icradadır.
2017-i ilin 6 ayı ərzində bələdiyyənin məsul şəxsləri tərəfindən ümumilikdə 689 vətəndaş (2016-ci ilin müvafiq dövrü ilə müqayisədə (376 vahid) və ya 54,5% çox) qəbul edilmişdir ki, onlardan 149 nəfəri (2016-ci ilin müvafiq dövrü ilə müqayisədə (12 vahid) və ya 2% çox) bələdiyyə sədri tərəfindən qəbul edilmişdir.
Belediyye.info