"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Müraciətlərin çox hissəsi Binə bələdiyyəsi tərəfindən həll edilib

--2017-07-11 / 12:33

Xəzər rayonu Binə bələdiyyəsi 2017-ci il 6 ayında 9 iclas, keçirmişdir. iclasda 36 məsələ müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir.iclasın gündəliyinə çıxarılmış məsələlərdən abadlıq işlərinin aparılmasına 8, maddi yardım edilməsin 9, təşkilati məsələlərə 12, mədəni tədbirlərə 1, cari məsələlərə 6 məsələ həsr edilmişdir.  Hesabat dövründə bələdiyyə vətəndaşlardan 38 ərizə daxil olmuşdur. Onlardan maddi yardımla bağlı 13, fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılmasına 4, müxtəlif şikayət xarakterli 21 ərizə daxil olmuşdur. Daxil olmuş ərizə və şikayətlər əsasən icra edilmişdir.

Müraciətlərin çox hissəsi bələdiyyə tərəfindən həll edilmiş, həlli mümkün olmayan məsələlr barədə aidiyyatı qurumlara müraciət edilmişdir.

2017-ci ilin 6 ayı ərzində 132 məktub və sərəncamlar daxil olmuşdur.

XRiH-dən 54, baş idarədən 5, müxtəlif idarə və təşkilatlardan 73 məktub daxil olmuşdur. Daxil olan məktublar vətəndaşlara maddi köməklik olunması, mənzil şəraitinin yaxşılşdırılması, inzibati məsələlr və müxtəlif tövsiyyələrdən ibarət olmuşdur.

6 ay ərzində 181 nəfər qəbul edilmişdir. Onların şikayətləri diqqətlə dinlənilmişdir. Həlli bələdiyyədə mümkün olan məsələlər qısa müddətdə həll edilmişdir. Həlli bələdiyyə tərəfindən mümkün olmayan məsələlər barədə aidiyyatı qurumlara məlumat verilmişdir.

Qəsəbənin sosial həyatında Binə bələdiyyəsi öz fəal iştirakını davam etdirmiş, abadlıq, təmizlik işlərini daima nəzarətdə saxlamışdır. Qəsəbədaxili dağılmış torpaq yollar qreyderlə hamarlanmış, yararlı vəziyyətə gətirilmişdir.

Qəsəbənin ə.isazadə, R.Məmmədhüseynov və ə.Vahid küçələrində 322 ədəd ağac əkilmiş, onlara daima qulluq edilmişdir. Küçə və yolların kənarlarından alaq otları vurularaq təmizlətmişdir.

Qəsəbənin mərkəzi hissəsindəki şəhidlərin xatirəsini əbədiləşdirən park və inzibati binaların qarısındakı ağaclar və bəzək kollarına daima qulluq edilmişdir. Ağaclar  vaxtaşırı suvarılmış, quru budaqları kəsilmiş, gövdələri əhənglə ağardılmışdır.

Qurumuş bəzək kolları və ağaclar yenisi ilə əvəz olunmuşdur.

Qəsəbədəki 5 nəfər 20 Yanvar şəhid ailələrinin hər birinə 50 manat olmaqla, bələdiyyə tərəfindən onlara 250 manat köməklik edilmişdir.

Abbasova Sərfi-50 manat

Ağayev Saməd -50 manat

əliyeva Elnarə-50 manat

Hüseynov Vasif -50 manat

Yusifov Müseyib-50 manat

28 May Respublika Günü münasibətilə bələdiyyəüzvləri və qulluqçulardan 18 nəfərə, hər birinə 30 manat maddi köməklik olunmuşdur.

Hərbi xidmətdə xəstələnib vəfat etmiş Ağayev Rameş Oktay oğlunun məzarının abadlaşdırılmasına bələdiyyə tərəfindən 200 manat pul vəsaiti ayrılmış və məzar abadlaşdırılmışdır.

Aztəminatlı 5 ailəyə hər ay olmaqla il boyu maddi yardım olnması barədə qərar qəbul edilmişdir.

Onlardan Ağayev Elşad Güləmirzə oğlu

əkbərova iradə Canəli qızı

əliyev əli Soltanağa oğlu

Babayeva Afət Həsənağa qızı

Mirzəyev Rafəddin Rizvan oğluna hər ay 20 manat məbləğində maddi köməklik olunmuşdur.

149 saylı tam orta məktəbin məzunu, hal-hazırda Dövlət Universitetində təhsil alan şükürlü Ləmana bələdiyyə tərəfindən hər ay 30 manat məbləğində təqaüd verilmişdir və ali təhsilini başa vurana kimi davam etiriləcəkdir.

Bələdiyyə tərəfindən 6 ay ərzində maddi vəziyyətləri ağır olan, müxtəlif xəstəliklərdən əziyyət çəkən bir çox sakinə maddi köməklik etmişdir.

Bunlardan        Abiyev Seymur Abdulla oğluna 100 manat, Məmmədova Telli Rəzzaq qızına 200 manat , Rzayeva şəfiqə Mirzə qızına 100 manat;

əzizova Sofiya Sahib qızı, Məmmədova Cəmilə Fərhad qızı, Dünyamalıyeva Rəfiqə Salman qızı, Salayeva Məryəm əhməd qızı, Baxşəlizadə şahrudun hər birinə 50 manat olmaqla ümumilikdə onlara bələdiyyə büdcəsindən 250 manat pul vəsaiti verilmişdir.

Qəsəbə sakini Mövludova Dilarəyə -60 manat, Ağayeva Pakizəyə -30 manat, Hüseynli Orxan Novruz oğluna -30 manat, Bayramov Novruz Xudayar oğluna-100 manat, Hacıbəyli Rəna Yavər qızına -20 manat məbləğində maddi köməklik edilmişdir. Elektrik qıssaqapanasından evi yanmış Səfərova Gülnar Elman qızına 500 manat köməklik olunmuşdur.

Qəsəbə sakini, evi yanmış vətəndaş əliyeva Elnara Feyruz qızına 500 manat, ailə vəziyyətləri ağır olan Tkaçenko Vasiliyə 30 manat, Hüseynova Aidəyə 20 manat məbləğində maddi yardım ayrılmışdır və kart hesabına ödəniləcəkdir.

Qəsəbdəki “Mövsüm-Səlim” məscidinin qorunub saxlanılmasını da Binə bələdiyyəsi diqqət mərkəzində saxlamışdır. Hər ay məscidə 100 manat pul vəsaiti köçürülür.

XRiH-nin Binə qəsəbəsində keçirdiyi Novruz bayramı tədbirinə Binə bələdiyyəsi öz köməkliyini göstərmiş və qəsəbə sakinlərinin həmin tədbirdə iştirakını təşkil etmişdir.

 2017-ci ilin 6 ayında bələdiyyənin gəlirləri və xərcləri aşağıdakı kimi olmuşdur.

 Gəlirlər cəmi: -                   73.784-02

O cümlədən

Torpaq vergisi-                   14.132-22

əmlak vergisi-                    4.4981-80

icarə haqqı-                         6.600-00

Digər-                                  870-00

 H.S.Həmidov

Xəzər rayonu Binə bələdiyyəsinin sədri                                

 

 

 

ŞƏRHLƏR