Kürdəxanı bələdiyyəsində 12-18 oktyabr 2015-ci il tarixlərdə “Açıq Qapı” günləri keçirilib. “Yerli demokratiya həftəsi” çərçivəsində keçirilın tədbirlərin əsas məqsədi bələdiyyə rəhbərliyinin vətəndaşlarla görüşlərinin təşkil edilməsi, əhaliyə görülmüş işlər barədə hesabatların verilməsi, bələdiyyə ərazisində mövcud olan problemlər barədə müzakirələrin aparılmasına, sakinləri narahat edən problemlərin diqqətlə öyrənilməsinə şərait yaratmaq olub.
Kürdəxanı qəsəbə Bələdiyyəsində sosial, iqtisadi, vergi və digər zəruri məsələlərlə bağlı müvafiq işlər də görülmüşdür.
Belə ki, bu müddət ərzində Bələdiyyəyə vətəndaşlar tərəfindən 37 ərizə daxil olmuş və onlar bələdiyyə rəhbərliyi tərəfindən qəbul edilmiş və onların müraciətləri dinlənilib. Müraciətlərin çox hissəsi torpaqla, xüsusən də bələdiyyə tərəfindən verilmiş icarə müqavilələrində yaranmış problemlə əlaqədar, yəni bağ sahələrinin nömrələrinin və ölçülərinin plan sxemlərdə düzgün göstərilməməsi, qonşu bağ sahələri ilə yaranmış mübahisələr, keçmiş Bağlar idarəsi tərəfindən verilmiş bağ sahələrinin, Bələdiyyə tərəfindən verilən sahələrlə üst-üstə düşməsiyləbağlı müraciətlər üstünlük təşkil edib.
Müraciətlə əlaqədar sədr müavini Pərviz Dadaşov, Torpaq və ərazisi idarəetmə şöbəsinin mütəxəssisi Məmməd Ağakişiyev və Vergi şöbəsinin rəisi Ağaəli Məsimov torpaqla bağlı müraciətləri yerində və ya lazım gəldikdə əraziyə baxış keçirməklə həll edib, əhalinin narazı olmaması üçün əllərindən gələni əsirgəmirlər.
Məlumdur ki, yerli özünü idarəetmə qurumu olan bələdiyyələr gəlirlərini əhalidən tutulan torpaq və əmlak vergisi əsasında təmin edir. Bu məqsədlə Vergi şöbəsinin rəisi A.Məsimov vergi qanunvericiliyində müəyyən edilmiş güzəştlər barədə əhalini məlumatlandırır. Vergi güzəştlərinin hesablanması, bir sıra vətəndaşların tamamilə yerli vergiləri ödəməkdən azad edildiyi ilə bağlı vətəndaşlara izahatlar verir.
Yerli Sosial Məsələləri üzrə daimi komissiya üzvləri vətəndaşlarla söhbətlər apararaq, onların maddi vəziyyətləri ilə maraqlanır, şəhid ailələrinin, kimsəsizlərin müraciətlərinə daha çox diqqətlə yanaşır, bütün imkanlardan istifadə edərək, onların ehtiyaclarının ödənilməsinə səy göstərir, imkan daxilində köməkliklərini əsirgəmirlər.
Görüşdə sakinləri maraqlandıran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılmış, həftə çərçivəsində bələdiyyənin görəcəyi konkret tədbirlər müəyyənləşdirilib. Bu məqsədlə Kürdəxanı Bələdiyyəsində hər gün sakinlər sədr H.B.Kərimova, sədr müavini P.Q.Dadaşov, komissiya üzvləri və bələdiyyə qulluqçuları ilə birbaşa əlaqə saxlayıblar.
Belediyye.info