"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mürsəl Eminov "Fəxri Fərman" la təltif edilib

--2023-02-24 / 06:10

Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqı Respublika Komitəsinin sədri Məhərrəm Xəlilovun əmriylə Binəqədi rayon bələdiyyəsinin sədri Mürsəl Eminov Binəqədi rayonun ictimai işində fəal iştirakına, peşəkar və səmərəli fəaliyyətinə, sakinlərin rifahı naminə vicdanlı əməyinə görə respubliika komitəsinin "Fəxri Fərmanı" ilə təltif edilib. Binəqədi bələdiyyəsində qulluqçularında iştirakıyla keçirilən iclasda təqdimat mərasimi keçirilib. Təqdimatda çıxış edən qurumun təmsilçisi Məhəmməd Kərimov Binəqədi bələdiyyəsinin fəaliyyətinə toxunaraq, görülən işlərdə, həyata keçirilən layihələrdə sədr Mürsəl Eminovun xüsusi rolu və əməyi olduğunu bildirib.

Həmkarlar təskilatının apardığı müşahidələrdən və yerli təşkilatdan alınan məlumatlarda son üç ildə bələdiyyənin sabit fəaliyyəti dövründə işçilərin əmək hüququnun qorunmasında bütün məqamların qanun çərçivəsində qorunması mühüm əhəmiyyət kəsb edib. Məhz bu amili nəzərdə tutan həmkarlar təşkilatının belə bir qərara gəldiyini bildirib.

Binəqədi bələdiyyəsinin sədri M.Eminov onun əməyinə, sədr olaraq fəaliyyətinə verilən qiymətə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, dünən Binəqədi rayon Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Eminovun 65 yaşı tamam olub. M.Eminov bələdiyyələrin ilk yarandığı dövrlərdən etibarən müxtəlif illərdə bələdiyyə üzvü, bələdiyyə sədri vəzifəsində çalışmışdır. Fəaliyyəti dövründə bələdiyyə ilə bağlı olan, bələdiyyənin inkişafı, statusu, hüquqi məsələlər daxil olmaqla, öz fikirləri ilə bir çox məsələlərin həllində yaxından iştirak etmişdir. Fəaliyyəti dövründə çoxlu sayda fəxri fərmanlarla və diplomlarla təltif olunmuşdur.

65 illik yubileyi münasibəti ilə Mürsəl Seyfulla oğlu Eminovu bələdiyyənin bütün kollektivi adından təbrik edir, sağlam, mənalı və uzun ömür arzu edirik!

Belediyye.info

ŞƏRHLƏR