Qaradağ rayonu Müşfiqabad bələdiyyəsi “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq bələdiyyə qulluğuna işə qəbul üçün aşağıdakı vəzifələrə 01.03.2017-ci il tarixdən müsabiqə elan edir. O cümlədən:
- Vergi üzrə müfəttiş – 1 yer
- Təmizlik üzrə fəhlə - 2 yer
Namizədin müsabiqəyə buraxılması qaydası:
Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:
Bələdiyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən şəxs müsabiqə elan edilən gündən etibarən 30(otuz) gün müddətində bələdiyyənin icra aparatına aşağıdakı sənədləri təqdim etməlidir:
- vahid forma üzrə ərizə (1 nömrəli əlavə);
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- tərcümeyi hal;
- təhsil haqqında sənədin surəti;
- şəxsiyyət vəsiqəsinin surəti;
- əmək kitabçasının təsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);
- sağlamlıq barədə arayış;
- hərbi biletin təsdiq edilmiş surəti, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa və ya azad edilmişdirsə, müvafiq arayış;
- 3x4 sm ölçüdə iki ədəd rəngli fotoşəkil.
Müsabiqədə iştirak etmək arzusunda olanlar Müşfiqabad bələdiyyəsi-Bakı şəhəri Müşfiqabad qəsəbəsi Bakı şamaxıyolu 7 ünvanındakı inzibati binasında yerləşən Müsabiqə komissiyasına müraciət edə bilərlər.
Sənədlər komissiya üzvü Canəlizadə Nuranə Vaqif qızı tərəfindən qəbul edilir.
Qaradağ rayonu Müşfiqabad bələdiyyəsi
əlaqə nömrəsi: (012) 410 75 00