Qaradağ rayonu Müşviqabad bələdiyyəsi “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq bələdiyyə qulluğuna işə qəbul üçün aşağıdakı vəzifələrə 01.04.2017-ci il tarixdən müsabiqə elan edir. O cümlədən:
Ümumi şöbəyə
- Dəftərxana və arxiv üzrə böyük mütəxəssis – 1 yer
Namizədin müsabiqəyə buraxılması qaydası:
Müsabiqə hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, bələdiyyə icra aparatının struktur bölmələrində müvafiq vəzifələrə yararlı olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilir.
Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:
Bələdiyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən şəxs müsabiqə elan edilən gündən etibarən 30 (otuz) gün müddətində bələdiyyənin icra aparatına aşağıdakı sənədləri təqdim etməlidir:
- vahid forma üzrə ərizə (1 nömrəli əlavə);
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- tərcümeyi hal;
- təhsil haqqında sənədin surəti;
- şəxsiyyət vəsiqəsinin surəti;
- əmək kitabçasının təsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);
- sağlamlıq barədə arayış;
- hərbi biletin təsdiq edilmiş surəti, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa və ya azad edilmişdirsə, müvafiq arayış;
- 3x4 sm ölçüdə iki ədəd rəngli fotoşəkil.
Müsabiqədə iştirak etmək arzusunda olanlar Müşfiqabad bələdiyyəsi-Bakı şəhəri Müşfiqabad qəsəbəsi Bakı şamaxıyolu 7 ünvanındakı inzibati binasında yerləşən Müsabiqə komissiyasına müraciət edə bilərlər.
Sənədlər komissiya üzvü Canəlizadə Nuranə Vaqif qızı tərəfindən qəbul edilir.
Qaradağ rayonu Müşfiqabad bələdiyyəsi
əlaqə nömrəsi: (012) 410 75 00