"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Muxax bələdiyyəsi Aprel şəhidinin xatirəsini əbədiləşdirib

--2018-06-27 / 05:00

Zakatala  rayon Muxax Bələdiyyəsi Muxax kəndinin Azərbaycan prospektində yaşayan ilə şəhid ailəsi arzusunu yerinə yetirib. Bu barədə məlumatı Muxax bələdiyyəsi yayıb.

Kənd sakinlər Aprel şəhidi Nurayuev Rəvan ismayıl oğlunun adının əbədiləşdirilməsi məqsədi ilə bulaq kompleksinin tikilməsi xahişi ilə bələdiyyəyə müraciət ediblər.

Müraciət bələdiyyənin iclasında müzakirə olunaraq müsbət dəyərləndirilib

Bulaq kompleksi üçün tələb olunan tikinti materialları alınaraq, usta Həmzəyev Etibar Qurban oğluna verilib.

Tikinti işlərini o yüksək səviyyədə başa catdırıb.

Hazırda bulağın ətrafında abadlıq işləri davam etdirilir.

Belediyye.info

ŞƏRHLƏR