"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Muxax bələdiyyəsi daha bir layihəni başa çatdırıb

--2020-07-13 / 11:18

Zakatala rayon Muxax bələdiyyəsinin yaydığı məlumata görə, Zəyəm kəndində yaşayan əhalinin bir hissəsi icməli su verilməsi ilə əlaqədar bələdiyyə sədri Elvin Yusubova müraciət ediblər. Araşdırma nəticəsində məlum olub ki, həqiqətən də onların icməli su probleminin həllinə aidiyyatı təşkilatlar biganə yanaşıblarmış. Məsələnin həllini öz üzərinə götürən Muxax bələdiyyəsi qısa müddətdə məsələnin müsbət həllinə nail olmuş həmin ərazidə yaşayan vətəndaşların icməli su məsələsi həll edilmişdir. Bələdiyyədən daxil olan məlumata görə, qeyd edilən məsələnin həll edilməsinə köməkliyə görə həmin ərazidə yaşayan kənd sakinləri bələdiyyəyə öz minnətdarlığını bildirməyi xahiş ediblər.

Belediyye.info

ŞƏRHLƏR