"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Muxax bələdiyyəsi daha bir layihəyənin icrasına başlayıb

--2017-10-09 / 10:51

Zakatala rayon Muxax bələdiyyəsi bələdiyyə ərazisində yaşayan sakinlərinin çoxsaylı müraciətləri əsasında Muxax kəndinin əsas ara yollarından biri orta məktəbə və həkim məntəqəsinə əhalinin cıxışını təmin edən bərbad vəziyyətdə olan yola cınqıl daşınaraq təmir işlərinə başlamışdır.

Bu barədə məlumatı adıçəkilən bələdiyyə yayıb. Layihə çərçivəsində su keçidlərinə boruların alınaraq qoyulması da planlaşdırılmışdır.

əraziyə cəlb edilmiş maşın və texnikanın köməyi ilə cınqıl daşınmış, yolda cınqıl daşınması başa catan kimi qrederlə hamarlama işləri aparılacaqdır.

Sədr Valeh Abdullayevin Belediyye.infoya verdiyi məlumat da o da qeyd edilib ki, bələdiyyə ərazisində abadlıq işləri qrafikə uyğun ilin sonunadək davam etdirəcəkdir.

Belediyye.info

ŞƏRHLƏR