"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Muxax bələdiyyəsi "Evdə qal, həyatları xilas et!" çağırışına qoşulub

--2020-04-16 / 11:45

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışı ilə 65 yaşlı insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşulan Zakatala rayonu Muxax bələdiyyəsi də yaxından iştirak etməklə dəstək verib.

Bu barədə məlumat Muxax bələdiyyəsindən daxil olub.

Muxax bələdiyyəsi tərəfindən 65 yaşdan yuxarı insanların siyahısı tərtib edilərək, hər bir sakinə bələdiyyənin sədri Elvin Yusubovun və bələdiyyə qulluqçularının iştirakıyla ərzaq bağlamaları təqdim edilmişdir.

Bununla yanaşı onların hər birinə görüşdə bir daha dövlət tərəfindən atılan addımlar izah edilmiş və qeyd edilmişdir ki, evdə qalaraq təkcə öz həyatımızı təhlükədən uzaqlaşdırmış olmuruq, həm də sevdiklərimizi qorumuş oluruq. Sadəcə gündəlik etməli olduğumuz məsələlərə daha diqqətli yanaşaq və məcbur qalmadıqca evdən çıxmayaq.

Belediyye.info

ŞƏRHLƏR