Zaqatala rayonu Muxax bələdiyyəsinin 2018-ci ilin 6 ayın yekunlarına dair hesabatı 9 iyul 2018-ci il tarixində bələdiyyə üzvlərinin iclasında təsdiq edilmişdir ictmaiyyətə təqdim olunur.
Bələdiyyələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı Qanunlara dəyişikliklər edilməsi, yerli əhəmiyyətli sosial, iqtisadi inkişaf, ekoloji proqramların həyata keçirilməsində bələdiyyələrin fəaliyyətinə dövlət dəstəyinin verilməsi bu qurumun inkişafına təkan verir.
Azərbaycan Prezdentinin sistemli düşünülmüş və qətiyyətli sosial-iqtisadi siyasəti ölkənin davamlı inkişaf etdirmək bacarığı regiyonların inkişafına göstərdiyi diqqət ötən illərdə olduğu kimi qarşıdakı illərdədə Dövlət proqramından irəli gələn vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini və bölgələrin tarazlı inkişafını təmin edəcəkdir.
Muxax Bələdiyyəsi öz işində Azərbaycan Respublikası Prezidentinin bələdiyyələrlə bağlı imzaladığı fərman və sərəncamlardan, Milli Məclisin yerli özünüidarə ilə əlaqədar qəbul etdiyi qərar və qanunlardan, Bələdiyyələrlə iş Mərkəzinin təklif və tövsiyyələrindən,bələdiyyənin öz Nizamnaməsindən irəli gələn vəzifələri, eləcə də bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarları,həmçinin Zaqatala rayon icra başçısı Mübariz əhmədzadənin tövsiyyələrini rəhbər tutaraq fəaliyyətini qurur.
Bələdiyyələrdə aparılan işlərin səmərəlliyi də bütövlükdə ölkədə həyata keçirilən uğurlu siyasi,iqtisadi,sosiaı siyasətin nəticələrindən asılıdır.
Bələdiyyə olaraq biz də fəaliyyətimizi əsasən quruculuq-abadlıq, səliqə-sahman işlərinə yönəldirik. Ümumiyyətlə, Muxax Bələdiyyəsi Muxax və Zəyəm ərazi nümayəndəlikləri ilə sıx əməkdaşlıq şəraitində, qarşılıqlı koordinasiya mühitində fəaliyyətini qurmaqdadır.
«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, Muxax Bələdiyyəsi 2018-ci ilin 6 ayı ərzində gördüyü işlər haqqında hesabatını ictimaiyyətə təqdim edir.
2018-ci ilin 6 ayı ərzində Muxax bələdiyyəsində 10 iclas keçirilmişdir, həmin iclaslarda 46 məsələ müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.
6 ay ərzində bələdiyyəyə vətəndaşlar tərəfindən 72 ədəd ərizə və məktub daxil olmuşdur. Müraciətlərin əksəriyyəti maddi yardım və mülkiyyətə torpaq sahəsinin ayrılması ilə bağlı olmuşdur.
Müraciət edənlərin əksəriyyətinin xahişi həll edilmişdir.
6 ay ərzində 45 nəfər bələdiyyə sədri tərəfindən qəbul edilmişdir. Qəbulda irəli sürülən müxtəlif müraciətlərin əksəriyyəti komissiyalar tərəfindən araşdırılaraq həllini tapmış və ya əlaqədar qurumlara yönəldilmişdir.
6 ay ərzində bələdiyyəyə rəsmi orqanlardan 62 ədəd sənəd daxil olmuşdur.Sənədlərə operativ baxılaraq, müvafiq cavablar hazırlanmışdır.
Bələdiyyədə 2018-cü ilin 6 ayı ərzində kargüzarlıq işləri “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”Azərbaycan Respublikasının qanununa uyğun qayadada qurulmuşdur.Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmaqla nöqsan və catışmamazlıqları aradan qaldırmaq üçün bir sıra tədbirlər müəyyənləşdirilmiş və həyata kecirilmişdir.Hamımız yaxşı bilirik ki,bələdiyyə öz büdcəsini əsas ehtibari ilə torpaq və əmlak vergilərindən, mülkiyyətində olan torpaqların satılması və icarəyə verilməsi yolu ilə formalaşdırır.
Maliyyə imkanlarımız əsasında 2018-cü ilin 6 ayı ərzində bələdiyyə ərazisində aşağıda qeyd olunan işlərin görülməsini təmin etmişik.
-Muxax kəndindən olan aprel şəhidi Nurayev Rəvan ismayıl oğlunun ailə üzvləri yaşayan keçənin girişinə şəhid bulağı tikilmişdir.
-Muxax kəndinin mərkəzində olan dayanacaq əsaslı təmir olunmuşdur.
- Muxax kəndinin mərkəzi yolu ilə kənd ara yolları birləşdirən hissələrə və kənd ara yollarına su kecidləri üçün 6 və 4 metr uzunluğunda 20 ədəd azbez boru alınaraq texnikanın köməkliyi ilə yerlərinə qoyulmuşdur
-Zaqatala-Bakı şosse yolunun və Zaqatala Qax şösse yol kənarındakı yaşıllıq ərazisi kol-kosdan yabanı alaq otlarından təmizlənmiş qurumuş ağacların yerinə yeni ağaclar əkilmiş,yaxın zamanlarda yol kənarı ağacların ağardılması işlərinə başlanılacaqdır.
-Vətəndaşların müraciəti əsasında Vərənə,imamqulu Zəyəm qoruqlar yoluna cınğıl daşınaraq təmir edilib
-Suvarma suyunun çaylaxlarda müntəzəm olmasını təmin etmək üçün Suvarma Sistemləri idarəsi rəhbərliyi ilə danışıqlar aparılmış bu sahə həmişə diqqət mərkəzində olmuşdur.
-Muxax kəndində kənd təsərrüfatı sahəsinin inkişaf etdirlməsi də diqqət mərkəzində olmuş bələdiyyənin imkanları hesabına fındıq və tut tinki bağı salınmış mütamadi olaraq həmin sahələrə qulluq edilməklə nəzarətdə saxlanılmışdır.
- əlillərə xəstələrə,yas yerlərinə,tək kimsəsizlərə və maddi yardımlar edilmişdir.
-Dövlət əhəmiyyətli bayram tədbirlərinin yüksək səviyyədə kecirilməsində bələdiyyə yaxından iştirak etmişdir.
-Zəyəm kənd qəbirstanlıq yoluna cınqıl daşınaraq təmir edilmişdir.
-Muxax və Zəyəm kənd Qəbirstanlıqlarında təmizlik abadlıq işləri görülmüşdür. Bundan başqa Muxax kənd qəbirstanlığında tikinti işləri aparılmış,qəbirstanlığın ətrafının bərkidilməsi işləri görülmüşdür.
-Kəndin bir necə yolunda təmir işləri aparılmış,bu işlər bundan sonra da davam etdiriləcəkdir.
2018–ci ilin 6-ayı ərzində bələdiyyənin gəlirləri manat proqnazlaşdırılmışdır, faktiki gəlirlərimiz isə 33694 manat olmuşdur, proqnoza 65.4 % əməl olunmuşdur.
Büdcə xərcləri 51500 manat proqnozlaşdığı halda, 34472 manat pul vəsaiti xərclənmişdir.
Büdcəyə aşağıdakı mənbələrdən pul vəsaiti daxil olmuşdur;
- Torpaq satışından – 21021 manat
- Torpaq vergisi - 5867 manat
- əmlak vergisi – 2500 manat
- Torpaq icarə haqqı - 1646 manat
- Mədən vergisi 17 manat
- Fındıq satışından- 23 manat
- Dövlət tərəfindən verilən - dotasiya – 2620 manat
Bələdiyyələr inkişaf etdikcə onların təməlini təşkil edən demokratik prinsiplər də inkişaf edir möhkəmlənir.Bələdiyyə üzvlərimiz seçicilərin qarşısındakı məsuliyyətlərini daha dərindən dərk edir,onlara qanunvericiklə verlmiş səlahiyyətlərdən daha dolğun istifadə etməyə calışırlar.Bələdiyyə üzvlərimiz nəinki sosial-iqtisadi məsələlərin həllində eləcədə bələdiyyənin iş üslubunun,forma və metodlarının təhkimləşdirilməsi prosesesində də fəallıq göstərirlər. Bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq vardır. Muxax Bələdiyyəsinin işi barədə istənilən şəxs bələdiyyənin rəsmi (facebook) internet səhifəsindən və dolğun məlumat ala bilər.
Bundan başqa bələdiyyə binasında məlumat lövhəsində gündəlik məlumatlarla,xəbərlərlə tanış ola bilərsiniz.Biz hər bir şərait yaradırıq ki, bələdiyyə vətəndaş yaxınlığı yaradılsın,bələdiyyədə aşkarlıq,şəffaflıq təmin edilsin.
Bütün bu sadaladıqlarımla yanaşı hələ də bələdiyyə ərazisində görə bilmədiyimiz işlər,həllini gözləyən problemlərimiz qalmaqdadır.Vətəndaşların bələdiyyəyə ötən illərdən qalan həyətyanı satışından olan,pay torpağından olan və əmlak vergi borcları var.Bu gün bizim üçün vergi borclarının toplanması ən vacib məsələlərdən biridir.Ona görə də biz calışırıq ki, əhali ilə aramızda narazılıq yaratmadan müvafiq qaydada vergi toplanmasına nail olaq.şükürlər olsun ki bu işləri də səhmanla yoluna qoya bilirik.Maliyyə hesabatında da bunu görmək mümkündür.Bildiyiniz kimi Yerli (Bələdiyyə) Vergi və ödənişlərinin Avtomatlaşdırılmış Məlumat Sisteminin istifadəyə verilməsindən sonra bələdiyyə ərazisində olan bütün vergi ödəyiçilərimiz həmin bazaya daxil edilmişdir.Bizə verilən məlumata görə 2018-ci ildən həmin sistem tam olaraq işlək vəziyyətdədir.Bu sistem bizə imkan verəcəkdir ki,vergiləri qısa müddət ərzində hesablanmasını həyata keçirək.Bir məsələni də Siz vergi ödəyiçilərinə bildirmək istəyirəm ki, vergiləriniz barədə məlumatı bələdiyyəyə müraciət etməklə həmin gün tədiyyə bildirişini əldə etməklə borclarınızı Muxax poçt şöbəsindəki Muxax bələdiyyəsinin hesabına ödəyə bilərsiniz.
Muxax Bələdiyyəsi bundan sonra da vətəndaşları yerli özünüidarə prosesinə cəlb etməkdə, qarşıya çıxan problem və nöqsanları aradan qaldırmaq üçün potensialını səfərbər edəcək, yerli problemlərin həllində öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.
Valeh Abdullayev
Zakatala rayonu Muxax bələdiyyəsinin sədri