"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Muxax bələdiyyəsi iməcilik keçirib

--2017-04-08 / 05:15

Zakatala rayon Muxax bələdiyyəsinin yaydığı məlumata görə, yaz mövsümü ilə əlaqədar Muxax bələdiyyəsi ərazisinndə, o cümlədən Muxax kəndi Mədəniyyət və istirahət sahəsindəki  xüsusi parkda bələdiyyə qulluqçuları və könüllülərin iştirakıyla iməcilik keçirilib. iməcilikdə ərazidə abadlıq və təmizlik işləri aparılıb, müxtəlif ağaclar əkilib, o cümlədən ağaclar əhənglə ağardılıb.

iməcilikdə bələdiyyənin müvafiq əməkdaşlarıyla yanaşı, habelə kənd sakinləri də yaxından iştirak edib.

Bələdiyyənin təşəbbüsüylə mövsumün sonunadək  hər həftənin beşinçi günləri bələdiyyənin ərazisində iməciliklərin keçirilməsi nəzərdə tutulub.

Belediyye.info

ŞƏRHLƏR