Zakatala rayon Muxax bələdiyyəsinin sədri Valeh Abdullayevin Belediyye.infoya verdiyi məlumata görə, 2016-ci ilin 6 ayında Muxax bələdiyyə büdcəsinin gəlirləri 16.962 manata bərabər olub. Onlardan:
• fiziki şəxslərdən torpaq vergisindən 2.735 manat
• fiziki şəxslərdən əmlak vergisindən 1.114 manat
• bələdiyyə əmlakının satışından 8.647 manat
• bələdiyyənin digər fəaliyyətindən daxilolmalardan 752 manat
• Uzunmüddətli icarədən daxilolmalar-1.094 manat
• Bunlardan əlavə, dövlət büdcəsindən Muxax bələdiyyəsinə 2.620 manat dotasiya ayrılıb.
Sədrin sözlərinə görə, bir mənbədən başqa, digər mənbələrdən daxiolmalarda artım olmayıb. Bunların da obyektiv və subyektiv səbəbləri vardır.
2016-ci ilin 6 ayında bələdiyyə büdcəsindən 14.873 manat vəsait xərclənib.
• əmək haqqına 6.377 manat (2014-2015-ci ilin əmək haqqı qalığı daxil olmaqla)
• DSMF-na 2.216 manat,
• Vergi idarəsinə gəlir vergisi-431 manat
• abadlaşdırma işlərinə 467 manat,
• maddi yardımlara 1.480 manat,
• Subarteziyan quyusunda texniki işlərə 2.578 manat
Belediyye.info