"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Muxax bələdiyyəsi Mədəniyyət parkını işıqlandıracaq

--2017-04-18 / 08:24

Zakatala rayon Muxax bələdiyyəsi inzibati  ərazisində abadlıq işlərini davam etdirir. Hazırda  Muxax kənd Mədəniyyət və  istirahət parkında   işıqlandırma işlərinə start verilib.

Sədr Valeh Abdullayevin Belediyye.infoya  verdiyi məlumata görə, həmin parkda işiqlandırma işlərinə 20 ildən artıqdır ki, baxılmamışdır.

Kənd sakinlərinin müraciəti  və  bələdiyyə iclasının qərarı ilə başlanılan işlərə həftə sonu yekun vurulacaq.
Sədrin  bildirdiyinə görə, qeyd edilən  Mədəniyyət parkında abadlıq-quruculuq işləri bundan sonra da davam etdiriləcəkdir. Vətəndaşların istirahət etmələri üçün lazım olan bütün şəraitin bələdiyyə tərəfindən yardılacaqdır.

Belediyye.info

ŞƏRHLƏR