sorğu
Zakatala rayon Muxax bələdiyyəsinin yaydığı məlumata görə, kəndin mərkəzi və ara yol kənarında olan su arxlarının təmizlənməsinə başlamışdır.
Bələdiyyə üzvləri iclası qərarı əsasında təmizlənməsinə başlanılan yol kənarı su arxları ehtiyac olan bütün küçələrdə texnika ilə təmizlənəcəkdir.
Məlumatda bildirilir ki, təmizlənən zibil isə maşına yüklənilərək kəndin ərazisindən kənara atılacaqdır.
Bundan sonra ehtiyac olan yollara cınqıl daşınaraq təmir edilməsi də diqqətdə saxlanılacaq.
Hazırda arxarın təmizlənməsi işləri kəndin Məscid binası yerləşən kücədən aşağı hissədə aparılır.
Belediyye.info