Zaqatala rayonun Muxax bələdiyyəsi ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində iməcilik keçirilib. Bu barədə məlumatı adıçəkilən bələdiyyə yayıb.
Muxax bələdiyyə iclasının qərarı sədr Valeh Abdullayevin müvafiq tapşırıqlarına uyğun olaraq ərazinin abadlaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Bu ənənənin davamı olaraq bələdiyyə tərəfindən məhələllərdə, bağ və bağçalarda təmizlik işləri görülür.
Muxax bələdiyyəsi səyyar və yerli qəbulları zamanı sakinlər tərəfindən bir sıra məsələlərin, o cümlədən yeni yaşıllıqların salınması,inzibati binaların, yaşayış evlərinin qarşısında yol kənarlarında bəzi vətəndaşlar tərəfindən atılan sahibsiz zibil tullantıları texnikanın köməklyi ilə ərazidən daşınaraq uzaqlaşdırılıb.
Bununla bağlı Muxax bələdiyyəsi tərəfindən komissiya yaradılıb və tədbirlər planı hazırlanıb.
Bələdiyyə ərazisində təmizlik işləri aparılır, yol kənarında qurumuş ağaclar kəsilir, yarımçıq tikililər bərpa edilir. əhalinin rahat istirahətinin,gediş gəlişini təmin etmək məqsədilə yol kənarında olan yararsız ərazilər bərpa olunur. Bu işlər sakinlər tərəfindən razılıqla qarşılanır.
Belediyye.info