"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Muxax bələdiyyəsi vergi ödəyiçilərinə bir daha müraciət edib

--2017-05-01 / 09:52

Zakatala rayon  Muxax bələdiyyəsinin yaydığı məlumata görə, yergilərin yığımında əhalinin fəallığını artırmaq üşün növbəti dəfə sakinlərə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Sizə məlumat verərək bildiririk ki, Yerli (bələdiyyə) Vergi və Ödənişlərin Avtomatlaşdırılmış Məlumat Sistemi 2016-cı ilin oktyabr ayıından bələdiyyələrdə tədbiq edilməyə başlamışdır.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Acıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli fəaliyyət planında yerli vergilərin ödənişlərinin elektron terminal vasitəsi ilə ödənilməsi nəzərdə tutulmuşdur.

Vergi ödənişlərin hesablanması, ucotunun aparılması, vergi və ödənişlərə aid məlumatların mərkəzləşdirilmiş bazaya daxil edilməsi üçün aşağıda qeyd olunan sənədlərlə bələdiyyəyə müraciət etməyiniz Sizdən xahiş olunur.

1.Mülkiyyətçinin şəxsiyyət vəsiqəsi

2.Mülkiyyətinzdə olan həyətyanı pay torpağı və digər torpaqların sənədləri

3.Bələdiyyə mülkiyyətindən əldə etdiyiniz torpağın alqı-satqı sənədləri

4.Yaşayış sahəsi üzrə əmlakınızin sənədi”

 Belediyye.info

 

ŞƏRHLƏR