"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Muxax bələdiyyəsi vergi ödəyicilərinə müraciət edib

--2017-04-18 / 17:37

Zakatala rayon Muxax bələdiyyəsinin vergilərin hesablanması işləri üzrə vergi xidməti müfəttişi Ülkər isayeva vergi ödəyiçilərinə  müraciət edib. Müraciətdə deyilir:

"Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliyə əsasən, 2015-ci ilin 1 yanvar tarixindən etibarən yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Qanun qüvvəyə mindikdən sonra bələdiyyə tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması dayandırılmışdır. Məlumat üçün bildiririk ki, 2015-ci ildən vergi ödənişlərində artım müşahidə edilməkdədir.

Vergi ödəyiçilərimiz artıq başa düşürlər ki, torpaq və əmlak vergilərini vaxtında bələdiyyə büdcəsinə ödəməlidirlər. ərazidə demək olar ki, bütün əmlak vergi qanunverciliyinə müvafiq olaraq qeydiyyata alınmışdır. Vətəndaşlardan xahişimiz ondan ibarətdir ki, əvvəlki illərdən olan borclarını vaxtında ödəsinlər ki, bələdiyyə də ərazidə həmin vəsait hesabına müəyyən qədər iş görə bilsin.

Bildiyiniz kimi, 2017-ci ilin əmlak və torpaq vergilərinin hesablanmasına başlanmasına az bir müddət qalmışdır. Hazırda vergi hesablanmasına başlanması üçün torpaq və əmlakın dəqiqləşməsi və dürüstləşməsi işləri aparılır və zəruri olan işlər görülür.

Muxax bələdiyyəsi ərazisində yaşayan vergi ödəyiçilərimizdən xahişimiz ondan ibarətdir ki, vergilərin hesablanması zamanı qaranlıq qalan özlərini maraqlandıran məsələlər barəsində arayış üçün Muxax bələdiyyəsinin vergi xidməti şöbəsinə müraciət etməklə qanunvericiliyə müvafiq cavab ala bilərlər.”

 Belediyye.info

ŞƏRHLƏR