"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Muxax bələdiyyəsi vergi ödəyicilərinə müraciət edib

--2019-07-13 / 08:45

Zakatala rayonu Muxax bələdiyyəsi vergi xidmətinin rəhbəri Salam əliyev vergi ödəyiçilərinə  müraciət edib. Müraciətdə deyilir:

Hörmətli vergi ödəyicilərimiz dəyərli sakinlərimiz bildiyiniz kimi Muxax bələdiyyəsi son illərdə ərazidə müəyyən qədər işləri Sizin şəxsi müraciətlərinizi nəzərə almaqla görmüşdür.Bütün görüləcək işlər bələdiyyə üzvlərinin iclasında müzakirə edilərək müvafiq qərarlar qəbul edilir.Mən Sizə müraciət etməkdə məqsədim odur ki, Vergilərinizi vaxtında ödəyin ki,bələdiyyədə ərazidə olan problemləri həll edə bilsin.

 Sizə məlumat verərək bildirirəm ki,"Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliyə əsasən, 2015-ci ilin 1 yanvar tarixindən etibarən yerli vergi və ödənişlərin banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmələr vasitələri ilə həyata keçirilir. Qanun qüvvəyə mindikdən sonra bələdiyyə tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması həyata kecirilmir,tamam dayandırılmışdır. Məlumat üçün bildiririk ki, 2018-ci ildən vergi ödənişlərində artım müşahidə edilməkdədir.Bu Siz vergi ödəyicilərinin və həm də etibar etdiyiniz Muxax bələdiyyəsinin uğurudur.

Vergi ödəyiçilərimiz artıq başa düşürlər ki, torpaq və əmlak vergilərini vaxtında bələdiyyə büdcəsinə ödəməlidirlər. Vətəndaşlardan xahişimiz ondan ibarətdir ki, əvvəlki illərdən olan vergi borclarını 2019-cu il üçün də vergilərini vaxtında ödəsinlər ki,   Muxax bələdiyyəsi də ərazidə dxil olan vəsait hesabına Sizlərin bələdiyyə qarşısında qaldırdıqları problemləri həll edə müəyyən qədər iş görə bilsin.

Bildiyiniz kimi, 2019-ci ilin əmlak və torpaq vergilərinin hesablanmasına başlanmasına az bir müddət qalmışdır. Hazırda vergi hesablanmasına başlanması üçün torpaq və əmlakın dəqiqləşməsi və dürüstləşməsi işləri aparılır və zəruri olan işlər görülür.

Muxax bələdiyyəsi ərazisində yaşayan vergi ödəyiçilərimizdən xahişimiz ondan ibarətdir ki, vergilərin hesablanması zamanı qaranlıq qalan özlərini maraqlandıran məsələlər barəsində arayış üçün Muxax bələdiyyəsinin vergi xidməti şöbəsinə müraciət etməklə qanunvericiliyə müvafiq cavabı ala bilərlər.

 Belediyye.info

ŞƏRHLƏR