Zakatala rayon Muxax bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyə son bir ay ərzində bir sıra ciddi layihələrə start verib.
Artıq kəndin yeni "imamqulu" yaşayış sahəsində olan vətəndaşların müraciəti əsasında icməli suya olan cətinliklərini nəzərə alaraq subarteziyanın təmir edilməsinə başlanılıb. Yerli sakinlərin də dəstəyi ilə həyata keçirilən layihənin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulub.
Bələdiyyənin üzvü komissiya sədri ibrahim şabanovun verdiyi məlumata görə, qeyd edilən məsələ ilə əlaqədar lazım olan bütün işlər həyata keçiirlib.
Belə ki, əraziyə on tonluq tutumu olan su cəni gətirilib. Hazırda su cəni qoyulacaq alt hissəsində tikinti işləri üçün lazım olan inşaat materialları da alınıb. Alt qatın yaxın günlərdə tikintisinə başlanılacaqdır.
Belediyye.info