sorğu
Zaqatala rayonun Muxax bələdiyyəsi 01 noyabr 2016-ci il tarixində bələdiyyəsinin inzibati binasında Demokratiya Həftəsində vətəndaşlarla ilk tədbirini keçirib.
Bu barədə məlumat bələdiyyədən daxil olub.
Tədbirdə Muxax kənd sakinləri Eldar Xəlilov,əli Məmmədov,şakir Lacınov bələdiyyə qulluqcuları və digər vətəndaşlar iştirak etmişdilər.
Həmin gün bələdiyyəyə müraciət etdikləri məsələlər bələdiyyə sədri Valeh Abdullayev bələdiyyə üzvü iqtisadi inkişaf komissiyası sədri ibrahim şabanov tərəfindən ətraflı cavablandırılıb.
Bildirilib ki, Demokratiya Həftəsi ərzində kəndin müxtəlif ərazilərində vətəndaşlarla bələdiyyə üzvlərinin və qulluqcularının görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Belediyye.info