"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Muxax bələdiyyəsi yarım ilə yekun vurdu -HESABAT

--2017-07-15 / 05:19

2017-ci ilin I yarımilliyində Zakatala rayon  Muxax bələdiyyəsi tərəfindən görülmüş işlər barədə 6 aylıq hesabat ictimaiyyətə təqdim edilir.

əsası Ulu Öndər Heydər əliyev tərəfindən qoyulan və hörmətli Prezidentimiz cənab ilham əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ildən-ilə güclənməkdə olan yerli özünüidarə orqanları – bələdiyyələr ölkənin sosial-iqtisadi sahədə inkişafına öz töhfəsini verməkdədir.
Bələdiyyələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı Qanunlara dəyişikliklər edilməsi, yerli əhəmiyyətli sosial, iqtisadi inkişaf, ekoloji proqramların həyata keçirilməsində bələdiyyələrin fəaliyyətinə dövlət dəstəyinin verilməsi bu qurumun inkişafına təkan verir.
Muxax Bələdiyyəsi öz işində Azərbaycan Respublikası Prezidentinin bələdiyyələrlə bağlı imzaladığı fərman və sərəncamlardan, Milli Məclisin yerli özünüidarə ilə əlaqədar qəbul etdiyi qərar və qanunlardan, Bələdiyyələrlə iş Mərkəzinin təklif və tövsiyyələrindən,bələdiyyənin öz Nizamnaməsindən irəli gələn vəzifələri, eləcə də bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarları,həmçinin Zaqatala rayon icra başçısı Mübariz əhmədzadənin tövsiyyələrini rəhbər tutaraq fəaliyyətini qurur.
Göründüyü kimi Regional Dövlət Proqramı ilə müəyyən edilmiş tədbirlər nəzərdə tutulmuş cədvəl üzrə uğurla icra olunur və proqramın tam və keyfiyyətli yerinə yetirilməsi üçün bütün imkanlar mövcuddur.
Azərbaycan Prezdentinin sistemli düşünülmüş və qətiyyətli sosial-iqtisadi siyasəti ölkənin davamlı inkişaf etdirmək bacarığı regiyonların inkişafına göstərdiyi diqqət ötən illərdə olduğu kimi qarşıdakı illərdədə Dövlət proqramından irəli gələn vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini və bölgələrin tarazlı inkişafını təmin edəcəkdir.
Bələdiyyələrdə aparılan işlərin səmərəlliyi də bütövlükdə ölkədə həyata keçirilən uğurlu siyasi,iqtisadi,sosiaı siyasətin nəticələrindən asılıdır.
Yerli özünü idarə orqanları demokratik quruluşun əsaslarından birini təşkil etməklə dövlətin idarə olunmasında vətəndaşların iştirakını təmin edən çox mühüm vasitədir. 
Bu gün hər bir bölgədə yüksək inkişaf tempi müşahidə olunmaqdadır.şəhərlərin qəsəbə və kəndlərin siması gündən-günə dəyişir, surətlə abadlıq quruculuq işləri aparılır,sosial problemlər həll olunur.Cəsarətlə deyə bilərik ki, bu inkişafda bələdiyyələrin də fəal iştirakı,öz layiqli payları vardır.
Xüsüsi olaraq vurğulamaq istərdik ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Zaqataladada da abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Bu proses son illər rayon icra Hakimiyyətinin Başçısı cənab Mübariz əhmədzadənin rəhbərliyi ilə rayonumuzda daha da sürətlə aparılır, şəhərin siması gündən-günə gözəlləşir. Bələdiyyə olaraq biz də fəaliyyətimizi əsasən quruculuq-abadlıq, səliqə-sahman işlərinə yönəldirik. Ümumiyyətlə, Muxax Bələdiyyəsi Muxax və Zəyəm ərazi nümayəndəlikləri ilə sıx əməkdaşlıq şəraitində, qarşılıqlı koordinasiya mühitində fəaliyyətini qurmaqdadır.
Bələdiyyələr də yaradılmış şəraitdən faydalanaraq onlara qanunla verilmiş səlahiyyətlərdən daha bacarıqla istifadə etməyə,ölkədə gedən geniş abadlıq-quruculuq işlərində dövlətin yaxın köməkcisi kimi işin bir hissəsini öz üzərinə götürməyə,seçicilərin etimadını qazanmağa calışır.
Hörmətli iclas iştirakcıları!
«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, Muxax Bələdiyyəsi 2017-ci ilin 6 ayı ərzində gördüyü işlər haqqında hesabatını ictimaiyyətə təqdim edir.
2017-ci ilin 6 ayı ərzində Muxax bələdiyyəsində 10 iclas keçirilmişdir, həmin iclaslarda 42 -ə yaxın məsələ müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.
6 ay ərzində bələdiyyəyə vətəndaşlar tərəfindən 85 ədəd ərizə və məktub daxil olmuşdur. Müraciətlərin əksəriyyəti maddi yardım və mülkiyyətə torpaq sahəsinin ayrılması ilə bağlı olmuşdur.
Müraciət edənlərin əksəriyyətinin xahişi həll edilmişdir.
6 ay ərzində 52 nəfər bələdiyyə sədri tərəfindən qəbul edilmişdir. Qəbulda irəli sürülən müxtəlif müraciətlərin əksəriyyəti komissiyalar tərəfindən araşdırılaraq həllini tapmış və ya əlaqədar qurumlara yönəldilmişdir.
6 ay ərzində bələdiyyəyə rəsmi orqanlardan 45 ədəd sənəd daxil olmuşdur.Sənədlərə operativ baxılaraq, müvafiq cavablar hazırlanmışdır. 
Bələdiyyədə 2017-ci ilin 6 ayı ərzində kargüzarlıq işləri “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”Azərbaycan Respublikasının qanununa uyğun qayadada qurulmuşdur.Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmaqla nöqsan və catışmamazlıqları aradan qaldırmaq üçün bir sıra tədbirlər müəyyənləşdirilmiş və həyata kecirilmişdir.Hamımız yaxşı bilirik ki,bələdiyyə öz büdcəsini əsas ehtibari ilə torpaq və əmlak vergilərindən, mülkiyyətində olan torpaqların satılması və icarəyə verilməsi yolu ilə formalaşdırır. 
Maliyyə imkanlarımız əsasında 2017-cü ilin 6 ayı ərzində bələdiyyə ərazisində aşağıda qeyd olunan işlərin görülməsini təmin etmişik.
- Muxax kəndinin mərkəzi yolu ilə kənd ara yolları birləşdirən hissələrə su kecidləri üçün 6 metr uzunluğunda 12 ədəd azbez boru alınaraq texnikanın köməkliyi ilə yerlərinə qoyulmuş,xırda həcmli borular isə həmin yerlərdən cıxarılaraq kəndin bir necə yerində su kecidləri üçün yollara qoyulmuşdur.
-Muxax selpo adlanan yerdə yol kənarında avtobus dayanacağı tikilərək istifadəyə verilmiş,ərazidə abadlıq işləri aparılmışdır. 
-Zaqatala-Bakı şosse yolunun və Zaqatala Qax şösse yol kənarındakı yaşıllıq ərazisi kol-kosdan yabanı alaq otlarından təmizlənmiş qurumuş ağacların yerinə yeni ağaclar əkilmiş,yaxın zamanlarda yol kənarı ağacların ağardılması işlərinə başlanılacaqdır.
-Yeni imamqulu Yaşayış sahəsində bir küçənin sakinlərinin müraciəti əsasında onların köməkliyi ilə icməli su ilə təmin etmək üçün Pərzivan yol kənarındakı subarteziyan bələdiyyənin maliyyəsi ilə təmiri başa catdırılmış 10 tonluq su cəni alınaraq dayaqlar tikilməklə üzərinə qoyulmuşdur. Həmin subarteziyanın işlək vəziyyətə saxlanılmasına tərəfimizdən nəzarət olunacaqdır.
-Zaqatala Suvarma Sitemləri idarəsi ilə müqavilə bağlamqla texnika götürülərək Muxax kəndinin icərisindən kecən dəyirman sayın texnika ilə təmizlənməsi təmin edilməklə həmin çay yatağından qum daşınaraq atılmışdır.
-Vətəndaşların müraciəti əsasında Vərənə,imamqulu Zəyəm qoruqlar yolu yoluna cınğıl daşınaraq təmir edilib
-Selbasan və uzuntala çülündə yollara cınqıl daşınaraq vətəndaşların müraciəti əsasında təmir edilib.
-Mədəniyyət istirahət parkında işiqlandırma işləri görülmüş şam ağacların əkilməsi işləri aparılmışdır. Hələ də bu işlər tam yekunlaşmamışdır.
-Suvarma suyunun çaylaxlarda müntəzəm olmasını təmin etmək üçün Suvarma Sistemləri idarəsi rəhbərliyi ilə danışıqlar aparılmış bu sahə həmişə diqqət mərkəzində olmuşdur. 
-Muxax kəndində kənd təsərrüfatı sahəsinin inkişaf etdirlməsi də diqqət mərkəzində olmuş bələdiyyənin imkanları hesabına fındıq və tut tinki bağı salınmış mütamadi olaraq həmin sahələrə qulluq edilməklə nəzarətdə saxlanılmışdır.
- əlillərə xəstələrə,yas yerlərinə,tək kimsəsizlərə və maddi yardımlar edilmişdir. 
. -Dövlət əhəmiyyətli bayram tədbirlərinin yüksək səviyyədə kecirilməsi təmin edilmişdir. 
-Imamqulu yaşayış sahəsində yol kənarında olan kanal texnikanın köməkliyi ilə doldurulmuş yol kənarı yararlı vəziyyət gətirilmişdir.
-Muxax və Zəyəm kənd Qəbirstanlıqlarında təmizlik abadlıq işləri görülmüşdür. Bundan başqa Muxax kənd qəbirstanlığında bir nəfər kənd sakininin özünün təşəbbüsü Muxax bələdiyyəsinin texniki köməkliyi ilə abadlıq işləri görülmüşdür.
-Kəndin bir necə yolunda təmir işləri aparılmış,bu işlər bundan sonra da davam etdiriləcəkdir.
2017–ci ilin 6-ayı ərzində bələdiyyənin gəlirləri 48150 manat proqnazlaşdırılmışdır, faktiki gəlirlərimiz isə 25690 manat olmuşdur, proqnoza 53 % əməl olunmuşdur.
Büdcə xərcləri 48150 manat proqnozlaşdığı halda, 27.262 manat pul vəsaiti xərclənmişdir.
Büdcəyə aşağıdakı mənbələrdən pul vəsaiti daxil olmuşdur;
- Torpaq satışından – 17.360 manat
- Torpaq vergisi - 2.961 manat
- əmlak vergisi – 1.088 manat
- Torpaq icarə haqqı - 500 manat
- Digər gəlirlər - 1071 manat

- Bələdiyyənin 2017-ci ilin 6 ayı ərzində digər xərcləri aşağıdakı kimidir.
- işçilərə əmək haqqi ödənilmişdir - 9.496 manat
- DSMF ödəmələr – 3107 manat
- Yerli xəzinədarliq orqanına vergi ödenişi – 547 manat
- Dəftərxana ləvəzimati və blanklarin alınmasına – 213 manat
- Kompyuterlərin təmiri – 110 manat
- Silahlı qüvvələrə- -180 manat
- Maddi yardım qarabağ əlilərinə yas yerlərinə -670 manat
- şəhid abidəsinin təmiri,qəbirsanlıqlara -1048 manat
- Kimsəsilərə və şəhid ailəsinə yardımlar - 810 manat 
- Abunə uçun – 110 manat
- Rabitə xidmətinə – 327 manat
- Az qiymətli mal-material xərcinə - 126 manat
- Yol nəqliyyat xərclərinə -3.751 manat
- Kənd təsərrüfatı xərclərinə -2.336 manat
- Mədən kütləvi tədbirlərə idmana -2846 manat 
- Bank xidmətinə – 270 manat
- Odun elektirik enerjisi sərfiyyatına – 112 manat
- Azərpoçt MMC-yə ödənilib müqaviləyə əsasən -44 manat
- Digər xərclər -930 manat
- Kənd Bələdiyyələrinin Milli Assosiasiyasina – 180 manat
- Bələdiyyə qulluqcuları Həmkərlar təşkilatına -50 manat
Bələdiyyələr inkişaf etdikcə onların təməlini təşkil edən demokratik prinsiplər də inkişaf edir möhkəmlənir.Bələdiyyə üzvlərimiz seçicilərin qarşısındakı məsuliyyətlərini daha dərindən dərk edir,onlara qanunvericiklə verlmiş səlahiyyətlərdən daha dolğun istifadə etməyə calışırlar.Bələdiyyə üzvlərimiz nəinki sosial-iqtisadi məsələlərin həllində eləcədə bələdiyyənin iş üslubunun,forma və metodlarının təhkimləşdirilməsi prosesesində də fəallıq göstərirlər. Bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq vardır. Muxax Bələdiyyəsinin işi barədə istənilən şəxs bələdiyyənin rəsmi (facebook) internet səhifəsindən dolğun məlumat ala bilər.
Bundan başqa bələdiyyə binasında məlumat lövhəsində gündəlik məlumatlarla,xəbərlərlə tanış ola bilərsiniz.Biz hər bir şərait yaradırıq ki, bələdiyyə vətəndaş yaxınlığı yaradılsın,bələdiyyədə aşkarlıq,şəffaflıq təmin edilsin.
Bütün bu sadaladıqlarımla yanaşı hələ də bələdiyyə ərazisində görə bilmədiyimiz işlər,həllini gözləyən problemlərimiz qalmaqdadır.Vətəndaşların bələdiyyəyə ötən illərdən qalan həyətyanı satışından olan,pay torpağından olan və əmlak vergi borcları var.Bu gün bizim üçün vergi borclarının toplanması ən vacib məsələlərdən biridir.Ona görə də biz calışırıq ki, əhali ilə aramızda narazılıq yaratmadan müvafiq qaydada vergi toplanmasına nail olaq.Bildiyiniz kimi Yerli (Bələdiyyə) Vergi və ödənişlərinin Avtomatlaşdırılmış Məlumat Sisteminin istifadəyə verilməsindən sonra bələdiyyə ərazisində olan bütün vergi ödəyiçilərimiz həmin bazaya daxil edilmişdir.Bizə verilən məlumata görə 2018-ci ildən həmin sistem tam olaraq işlək vəziyyətdə olacaqdır.Bu sistem bizə imkan verəcəkdir ki,vergiləri qısa müddət ərzində hesablanmasını həyata keçirək.Bir məsələni də Siz vergi ödəyiçilərinə bildirmək istəyirəm ki, vergiləriniz barədə məlumatı bələdiyyəyə müraciət etməklə həmin gün tədiyyə bildirişini əldə etməklə borclarınızı Muxax poçt şöbəsindəki Muxax bələdiyyəsinin hesabına ödəyə bilərsiniz.
Gələcəkdə vergi və ödənişlərin toplanması sahəsindəki problemləri həll etməklə yanaşı, bələdiyyə nəzdində xüsusən kənd təsərrüfatı təyinatlı yeni istehsal və xidmət sahələrinin yaradılmasını planlaşdırırıq.Möhtərəm prezidentimiz cənab ilham əliyevin “2014-2018-ci illərdə Regionlarin Sosial iqtisadi inkişafının Dövlət Proqramının” qəbul edilməsinin üçüncü ili münasibətilə keçirilən konfransında qeyd etdiyi dəyərli fikirlərə əsasən bizlər üçün qeyd etdiyi fəaliyyət planına uyğun olaraq bələdiyyəmizin ərazisində olan və məqsədsiz istifadə olunan və heç istifadə olunmayan torpaqları bələdiyyə olaraq tut, fındıq bağları salmağa,tütün,qarğıdalı və kartof sahələrinə çevirməklə yeni iş yerləri yaratmaq və bələdiyyə ərazisində bu məhsulların bolluğunu yaratmağa calışmaqla öz tövhəmizi verməyə səy göstəririk.Muxax Bələdiyyəsi bundan sonra da vətəndaşları yerli özünüidarə prosesinə cəlb etməkdə, qarşıya çıxan problem və nöqsanları aradan qaldırmaq üçün potensialını səfərbər edəcək, yerli problemlərin həllində öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.

Valeh Abdullayev

Zakatala rayon Muxax Bələdiyyəsinin sədri  

ŞƏRHLƏR