Zakatala rayon Muxax bələdiyyəsinin sədri Elvin Yusubov məlumat verərək Belediyye.infoya bildirib ki, gənc bələdiyyə üzvlərinin təşəbbüsü ilə Muxax kəndini, Yuxarı Cardaxlar kəndi ilə birləşdirən 4200 metr uzunluğunda olan Azərbaycan prospektinin işıqlandırılmasına başlanmışdır.
Hal-hazırda müasir standartlara cavab verən dəmir dayaqların yol kənarına basdırılması işləri görülür.
Müasir yeni tələblərə cavab verən işıqlandırılma lampaları alınmışdır.Bələdiyyənin fəaliyyəti dövründə demək olar ki, ən vacib olan əhalimizin gözlədiyi bir layihələrdən biridir.Bundan sonra da bələdiyyəyə vətəndaşlarımız vaxtı vaxtında üzərlərinə düşən vergilərini ödəsələr gələcəkdə bundan da vacib olan layihələrin icrası nəzərdə tutulmuşdur. Xeyirli uğurlu olsun.
Biz gənclərdən ibarət formalaşan bələdiyyə üzvləri calışırıq ki,vətəndaşlarımız bizə inansınlar,biz onların ehtimadını doğruldacayıq.
Zakatala rayon Muxax bələdiyyəsi