Zakatala rayonu Muxax bələdiyyəsinə edilən müraciətlə əlaqədar olaraq kəndin yuxarı hissəsində olan Azərbaycan prospekti ilə Muxax çay kənarı Səməd Vurğun küçəsi ilə birləşən ara yolun təmirinə başlanılıb. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Yola cınqıl daşınıb,vətəndaşarın köməkliyi ilə yol kənarına beton arx cəkilib,daşınan cınqıl onların köməkliyi ilə əllə hamarlanaraq yol yararlı vəziyyətə gətirilib.
Bundan başqa həmin yola su arxına su kecidi üçün boru qoyulması təmin edilib.Bələdiyyə sədri Valeh Abdullayevin bildirdiyinə görə, digər yollar da bələdiyyənin imkanları daxilində gələcəkdə yararlı vəziyyətə salınacaqdır.
Bələdiyyəyə köməkliyə görə, kücənin sakinlərinə bələdiyyə sədri təşəkkürünü də bildirib.
Belediyye.info