Zakatala rayon Muxax bələdiyyəsinin sədri Valeh Abdullayev vətəndaşları qəbulunu keçirib. Belediyye.infoya daxil olan məlumata görə, qəbul günü bələdiyyənin iqtisadi inkişaf komisiyasının sədri ibrahim şabanov da iştirak edib. Qəbulda torpaqlarla bağlı bir sıra məsələlərə aydınlıq gətirilib.
Qəbula gələn sakinlər əsasən müxtəlif arayış və torpaq sənədləşdirilməsi, kəndin daxili yollarına baxış keçirilərək təmir edilməsi ilə bağlı müraciət ediblər.
Qəbulda Muxax kənd sakinləri Məmmədsaleh Həsənov, Mirvari Məmmədova, Rəcəb ibrahimov, ilham Abdullayev,Oruc Qədirov digər vətəndaşlar olublar.
Qəbul günü Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdulkərim şabanov da iştirak edib.Nümayəndəlik ərazisində həll ediləcək problemlərlə bağlı vətəndaşlarla birgə müzakirələr aparılıb.
Müraciətlərin bir çoxu yerindəcə həll edilmiş, digər müraciətlərlə bağlı isə hüquqi yardım göstərilmiş, bir sıra müaciətlərlə bağlı aidiyyatı təşkilatlara müraciətlər ediləcəyi bələdiyyə sədri tərəfindən vətəndaşlara bildirilmişdir.
Belediyye.info
|
|
|
|
|
|
|