"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Muxax bələdiyyəsindən humansit addım

--2016-10-16 / 19:18

Zaqatala rayon Muxax bələdiyyəsi bu günlərdə daha bir humanist layihəyə imza atıb. Belə ki, bələdiyyəyə daxil olan müraciət əsasən və bələdiyyə iclasının qərarı əsasında Muxax kənd sakini isayeva Kəlmət israfil qızının evinin təmir edilməsi məqsədi ilə həmin evə baxış keçirilib. Mənzilə baxış keçirdikdən sonra tənha və II qrup əlill olan K.isayevanın mənzilinin təmir edilməsi qərara alınıb.
Bələdiyyə sədri Valeh Abdullayev bələdiyyə iclasının qərarının icrası olaraq  vətəndaşın problemləriylə yerində maraqlanaraq qarşılaşdığı problemlərin həlli istiqmətində addımlar atıldığını bildirib. Həmin gün bələdiyyə tərəfindən mənzilə lazim olan  mal-material alınmasına start verilib.

Bələdiyyədən daxil olan məlumata görə, K.isayevanın mənzilinin yaxın günlərdə təmir edilərək başa çatdırılması nəzərdə tutulub.

Belediyye.info

ŞƏRHLƏR