2022-ci ilin iyun ayının 29-da və 2022-ci ilin iyul ayının 4-də baş vermiş güclü külək,leysan yağışı ərazidə əsasən də kənd ara yollarında Zəyəm kəndində olan yolda təmir işləri aparılır.
Zakatala rayonu Muxax bələdiyyəsinin sədri Elvin Yusubov məlumat verərək bildirdi ki, bələdiyyə olaraq ərazidə bələdiyyənin imkanları daxilində təbbi fəlakətin aradan qaldırılması istiqamətində işlərimiz fasilə verilmədən davam etdirilir.
ərazidə yaşayan vətəndaşlar bələdiyyəyə təbii fəalakətin aradan qaldırılması istiqamətində gördüyü işlərə görə razılıqlarını bildirirlər.
Zəyəm kənd sakini Valeh Abdullayev Zəyəm kəndində ara yolun təmirində aparılan işlərə yüksək qiymət verdi həqiqətən də küçəmizi sel suları çox pis günə qoymuşdur.ərazidə yaşayan vətəndaşalr hamılıqla bələdiyyənin gördüyü işlərə çox yüksək qiymət verirlər.Həqiqətən də bələdiyyəmiz istirahət günlərindədə fasiləsiz olaraq işləyirlər.ərazidə görülmüş işlərə görə bələdiyyənin sədri Elvin müəllimə təşəkkürünü bildirirlər.
Bələdiyyə sədri Elvin Yusubov bir daha vətəndaşları səbrli olmağa dəvət etdi, Muxax bələdiyyəsinin ərazisi böyük olduğuna görə məsələni bir iki günə həll etmək mümkünsüzdür,ərazidə vacib olan,işlərin görülməsini bütün əsas kücələrimizdə tam başa catdıranadək yollarda təmir işləri aparılacaqdır.