"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Muxax bələdiyyəsinin ərazisinə Sel sularının yaratdığı cətinliklər aradan qaldırılır

--2022-07-09 / 16:51

2022-ci ilin iyun ayının 29-da və 2022-ci ilin iyul ayının 4-də baş vermiş güclü külək,leysan yağışı ərazidə vətəndaşların həyətlərinə,evlərinə,ev quşlarına,kənd ara yollarına fındıq bağlarına çox ziyan vermişdir.

Zakatala rayonu Muxax bələdiyyəsinin sədri Elvin Yusubov məlumat verərək bildirdi ki,bələdiyyə olaraq ərazidə bələdiyyənin imkanları daxilində təbbi fəlakətin aradan qaldırılması istiqamətində işlərə başlamışıq.ilk növbədə bələdiyyə üzvlərinin iclası olmuş,qərar qəbul edilmiş,komissiya yaradılaraq əraziyə baxış kecirilmiş,baxış aktı tərtib eduilmiş kənd ara yollarında təmin işlərinə başlanılmışdır.

Sonra sədr məlumat üçün bildirdi ki,ərazidə lazım olan yerlərdə kanalların qazılması işləri aparılacaq,yollarda daha vacib olan yerlərə cınqıl daşınaraq,qrederlə yolda hamarlanma işləri görüləcəkdir.Bundan başqa vətəndaşaların müraciətləri nəzərə alınaraq ərazidə harda daha vacib təhlükəli yerlərdə sel sularının kecidi üçün boruların qoyulması lazımdırsa mərhələli şəkildə görüləcəkdir.

Vətəndaşların kənd ağsaqqalların verdiyi məlumata görə son 30-40 ildə ilk dəfədir ki,əraziyə bu şəkildə leysan yağışları yağmayıb. Təbbi fəlakət bizə onu deməyə əsas verir ki,əl-ələ verərək birlikdə bu cətinlikləri aradan qaldıra bilərik.

Biz də bələdiyyə olaraq vətəndaşlarımızdan xahiş edirik ki,səbrli olsunlar ərazidə vacib olan,işlərin görülməsini tam başa catdıranadək yollarda təmir işləri aparılacaqdır.

Zakatala rayonu Muxax bələdiyyəsi

ŞƏRHLƏR