Zakatala rayon Muxax Bələdiyyəsi sakinləri "Qurban Bayramı" münasibətiylə təbrik ünvanlayıb. Müraciətdə deyilir:
" Hörmətli Muxax və Zəyəm kənd sakinləri!
əziz müsəlman qardaşları
Muxax bələdiyyəsi üzvləri və qulluqcuları adından Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.
Bu günlər xalqımızın və dövlətimizin əmin-amanlığı və rifahı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların qəbul olunması arzusu ilə bir daha hər birinizə, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi yetirirəm.
Qurban bayramı ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin.
Qurban bayramınız mübarək olsun!"
Belediyye.info