Zakatala rayon Muxax bələdiyyəsinin yaydığı məlumata görə, Muxax bələdiyyəsinin təşəbbüsü və bələdiyyəyə edilən vətəndaş müraciətləri əsasında Muxax çayda təmizləmə işlərinə başlanılıb.
Muxax bələdiyyəsinin sədri Valeh Abdullayevin Belediyye.infoya verdiyi məlumata görə, məsələnin ciddiliyini qarşıda payız aylarının gəlişi sel sularının artacağını nəzərə alaraq qabaqlayıcı tədbirlərin görülməsinə başlanılıb. Hazırda çay vadisinə vətəndaşlar tərəfindən atılan tullantıların təmizlənməsinə Zaqatala Suvarma Sistemləri idarəsi ilə danışıqlar apararaq həll edlməsinə nail olunub.
Çay vadisində təmizlik işləri bir həftə ərzində davam edəcək.
Sədr Belediyye.info vasitəsiylə xahiş edir ki, müxtəlif tullantıları çay vadisinə atılmasına yol verməsinlər: “Çay vadisinin təmiz olması bizim hər birimizin sağlamlığıdır”
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|