Binəqədi rayonunda Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdirinin 16.08.2017-ci il tarixli, 11-7/46 saylı məktubunun icrası ilə əlaqədar geniş tərkibli müşavirə keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Verilmiş tapşırıqların icrası ilə əlaqədar Binəqədi Rayon icra Hakimiyyəti başçısının 18.08.2017-ci il tarixli, 187 saylı Sərəncamı ilə təxirəsalınmaz tədbirlərin görülməsinin təmin edilməsi məqsədilə Komissiya yaradılıb.
Sərəncamdan irəli gələn tədbirlərin həyata keçirilməsi məqsədilə 18 avqust 2017-ci il tarixdə Rayon icra Hakimiyyəti başçısının birinci müavini ilqar Süleymanovun rəhbərliyi və Rayon icra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri Qüdsi Bayramov və Elnur imanovun iştirakı ilə rayon sahə inzibati dairələrinin, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrin və Mənzil Kommunal Təsərrüfat Birliyinin və xidmət təşkilatlarının iştirakı ilə geniş tərkibli müşavirə keçirilib.
Binəqədi rayonu ərazisində “Bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” Binəqədi Rayon icra Hakimiyyəti başçısının 19.12.2014-cü il tarixli, 263 saylı Sərəncamının icrası ilə əlaqədar görülmüş tədbirlər nəticəsində rayon ərazisində məişət tullantılarının yığışdırılması, müvəqqəti saxlanılması, daşınması və zərərsizləşdirilməsi sahəsində ciddi dəyişikliklər baş vermiş və bu istiqamətdə görülən işlər davam etdirilir.
Müşavirədə rayon ərazisində bərk məişət tullantılarının idarə edilməsinin daha da təkmilləşdirilməsi, aparılmış abadlıq-quruculuq işlərinin, salınmış park və yaşıllıqların qorunub saxlanılması, əhalinin sağlamlığı və ekoloji tarazlığın qorunub saxlanılması ilə əlaqədar qeyd edilən Sərəncamdan irəli gələn zəruri tədbirlərin görülməsi müşavirə iştirakçılarının diqqətinə çatdırılib.
Müşavirə iştirakçılarına görüləcək işlərlə bağlı əlavə təkliflər paketinin hazırlayaraq Rayon icra Hakimiyyətinə təqdim etmələri tövsiyə edilib.
Belediyye.info
|
|
|
|
|
|