"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

N.ismayılov: "Lökbatan bələdiyyəsi əmlak vergisini ödəməyənlərə qarşı ciddi ölçü götürəcəkdir"

--2018-07-19 / 20:45

Qaradağ rayonu Lökbatan bələdiyyəsinin 6 aylıq hesabat vermələri barədə sədr N.ismayılov bələdiyyə üzvlərinə məlumat verərək qeyd edib ki, müvafiq qanunvericiliyə əsasən bələdiyyə və  üzvləri 6(altı) ayda bir dəfə seçicilərə fəaliyyətləri barədə hesabat verməlidirlər.

Sədr bələdiyyə üzvlərindən seçicilər qarşısında hesabat vermələrini məqsədə uyğun hesab etdiyini qeyd edib.

Eyni zamanda N.ismayılov yığıncaq iştirakçılarına bələdiyyənin cari ilin 6 aylıq fəaliyyəti barədə hesabat verərək bildirib ki, Lökbatan bələdiyyəsi cari ilin 6 ayı ərzində qəsəbədə olan problemlərin həllində yaxından iştirak edib.

Belə ki, Lökbatan bələdiyyəsi tərəfindən qəsəbənin 1-ci yaşayış massivi I döngədə məhəllə daxili yollara 44m3 çınqıl, 6-cı yaşayış massivi I küçəyə 66m3 çınqıl qarışıq smes tökülərək yolun hamarlanması işləri icra edilmişdir. Eyni zamanda qəsəbənin II massivində 2 ədəd kanalizasiya lyuku dəyişdirilmiş , 36 metr 219Ø kanalizasiya boruları yenisiylə əvəzlənmişdir.

Sədr daha sonra qeyd edib ki, Lökbatan-Qobu yol boyu abadlıq işlərinin görülməsi üçün  qeyd edilən ünvanda hasarlara 1285 m2 suvağın vurulması, 1600 m2 hasarların rənglənməsi işləri həyata keçirilmiş, Qobu-Lökbatan yolunun sağ və sol hissəsində qamışlıq və gölməçələrə 1300 m2 torpaq verilmiş və   60 m2 hörgü hörülmüşdür.

B.Niftəliyev və i.Nəbiyev küçələrində 250 m2 suvaq və yol boyu 2200 m2 divarların rənglənməsi işləri icra edilmiş, qəsəbənin ş.Xəlilov küçəsində sıradan çıxmış 10 m2   üzlük daşlar dəyişdirilmiş, divar səthinə   40 m2 suvaq, 415 m2 emulsiya vurulmuş, gecə işıqlarının 15 ədəd lampaları dəyişdirilmiş,

Lökbatan –Xocahəsən yolu boyu ağacların bərkidilməsi işləri həyata   keçirilmişdir.

N.ismayılov qeyd edib ki, vergi ödəyicilərinin uçotunun dəqiqləşdirilməsi üzrə işlər həyata keçirilərək müsbət nəticələr əldə edilərək ötən illərlə müqayisədə torpaq və əmlak vergilərinin toplanmasında irəliləyiş əldə edilib. Belə ki, ötən ilin altı ayı ilə müqayisədə bu il müvafiq artım olmuşdur. Torpaq və əmlak vergiləri tədiyyə bildirişləri paylanılaraq toplanılmaqdadır, torpaq və əmlak vergilərinin toplanılması üçün əhali arasında geniş maarifləndirmə işləri aparılmış, məhəllələrdə   Məhəllə komitələri yaradılmış  və bu işlər hazırda da davam etdirilir.

Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Eyni zamanda yerli vergilərin nğdsız ödəmə vasitəsi ilə ödəmələri üçün müvafiq müqavilə bağlamış, vergi və ödənişlərin BAMS proqramına işlənməsi işi davam etdirilir.

Rəhmətə getmiş on nəfər imkansız qəsəbə sakinlərinin, şəhid ailələrinin, yas mərasimləri əvəzsiz təşkil edilmiş eyni zamanda imkansız qəsəbə sakinlərinə maddi yardımlar göstərilmişdir.

Cari ilin 6 ayı ərzindəı Lökbatan bələdiyyəsi üzvləri 8 iclas keçirmiş, həmin iclaslarda 35 məsələ müzakirə edilmişdir. 2018-ci ilin 6 ayı ərzində vətəndaşlardan   Lökbatan bələdiyyəsinə 62,  idarə və müəssisələrdən 97 müraciət daxil olmuş və onların tam əksəriyyəti müsbət həll edilmişdir.

Sədr sonda bələdiyyə üzvlərinin nəzərlərinə çatdırıb ki, cari ilin 6   ayı ərzində yerli vergiləri ödəməyən yəni torpaq, əmlak vergisini ödəməyən şəxslərdən həmin vergilərin məcburi alınması üçün Qaradağ rayon icra şöbəsinə  müraciət edilmişdir və bu proses ilboyu davam etdiriləcəkdir.

      Belediyye.info

ŞƏRHLƏR