"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nadir əsədov yenidən Sabunçu rayon Ağsaqqallar şurasının sədri seçilib

--2018-02-20 / 09:07

Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsində 80 saylı tam orta məktəbinin akt zalında Sabunçu rayon Ağsaqqallar şurasının Hesabat-Seçki Konfransı keçirilib.

Konfransda Azərbaycan Ağsaqqallar şurasının idarə Heyyətinin üzvü-Sabunçu rayon Ağsaqqallar şurasının Sədri Nadir Həsən oğlu əsədov 6 fevral 2013-cü il tarixdən 19 fevral 2018-ci il tarixə kimi Sabunçu rayon Aş-nın gördüyü işlər barədə geniş Hesabat Məruzəsi ilə çıxış edib.

Məruzə ətrafında Nardaran QAş-nın sədri Ağasəid Orucov, Zabrat QAş-nın sədri Səfixan Gəncəliyev, 80 saylı tam orta məktəbin direktoru əlislam Abbasquliyev, Zabrat QAş-nın üzvü Xanlar ismayılov, Sabunçu QAş-nın üzvü Elxan Mirzəyev və başqaları çıxış edərək, Hesabat Məruzəsini “Qənaətbəxş”- hesab ediblər və qarşıdan gələn Prezident seçkilərində ilham Heydər oğlu əliyevi dəstəkləyəcəklərini bildiriblər.

Konfrans təşkilatı məsələyə baxılmış və Azərbaycan Ağsaqqallar şurasının iH-nin üzvü Nadir Həsən oğlu əsədov yekdilliklə yenidən Sabunçu RAş-nın sədri seçilib.

Nadir əsədov həmçinin Sabunçu rayon Bakıxanov Bələdiyyəsi sədrinin 1-ci müavini vəzifəsində çalışır.

 Sabunçu RAş-nın Sədr müavini Akif Rufullayev seçilib.

Konfrans Sabunçu rayonun bütün qəsəbə Ağsaqqallar şuralarının sədrləri də daxil olmaqla 15 nəfərdən ibarət idarə heyətini seçilib.

Konfransın sonunda Sabunçu rayon icra Hakimiyyətinin şöbə müdürü ədalət Teymurov nitq söyləyib. 
Konfrans 27 fevral 2018-ci ildə keçirilən Azərbaycan Aş-nın 7-ci Qurultayına 3 nəfərdən ibarət (Nadir əsədov, Akif Rufullayev və Ağasəid Orucov) nümayəndə seçilib.
Konfrans 11 aprel 2018-ci il tarixdə keçiriləcək növbəti prezident seçkilərində ilham Heydər oğlu əliyevi dəstəkləməsi barədə Bəyanat qəbul edib.

Belediyye.info

 

 

 

ŞƏRHLƏR