Naftalan şəhər icra Hakimiyyətinin başçısı Vüqar Novruzov Naftalan Bələdiyyəsinin yeni binası ilə tanış olub.
“Qafqazinfo” xəbər verir ki, icra başçısı binada yaradılan şəraitlə, işçilərin iş şəraiti ilə maraqlanıb.
Binanın fasad hissəsinin işıqlandırılmasında alternativ enerji mənbəyi olan günəş enerjisi ilə qidalanan lampa və solar batareyalardan istifadə olunub.
Xatırladaq ki, bir müddət öncə Naftalan şəhərində Qələbə parkında gecə işıqlandırılması üçün günəş batareyaları ilə işləyən yeni işıq dirəkləri quraşdırılıb.
Həmçinin yeni binada Naftalan şəhər icra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və “Naftalan” qəzeti redaksiyası fəaliyyət göstərəcək.
https://qafqazinfo.az/news/detail/naftalan-belediyyesi-fealiyyetini-yeni-binada-davam-etdirecek-fotolar-320604