"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Naftalan bələdiyyəsi şəhərin yerli sosial məsələləri həllində yaxından iştirak edəcəkdir

--2017-07-31 / 11:44

əsası ulu öndər Heydər əliyev tərəfindən qoyulan və hörmətli prezidentimiz ilham əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ildən-ilə güclənməkdə olan yerli özünüidarə orqanları-bələdiyyələr ölkənin sosial-iqtisadi sahədə inkişafına öz töhfəsini verir.

Naftalan bələdiyyəsi öz işində Azərbaycan Respublikası Prezidentinin bələdiyyələrlə bağlı imzaladığı fərman və sərəncamlardan, Milli Məclisin yerli özünüidarə ilə əlaqədar qəbul etdiyi qərar və qanunlardan, bələdiyyənin öz nizamnaməsindən irəli gələn vəzifələri, həmçinin bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarları rəhbər tutaraq fəaliyyətini qurur.

Nəzərinizə çatdırmaq istəyirəm  ki, 2017-ci ilin I yarımilində Naftalan bələdiyyəsi  tərəfindən bələdiyyə büdcəsinin imkanları daxilində yerli sosial məsələlərin həlli istiqamətində bir sıra işlər görülmüşdür.

Möhtərəm prezidentimiz ilham əliyevin diqqət və qayğısı nəticəsində kurort şəhərimiz doğma Naftalan inkişaf yolundadır. şəhərin infrastrukturunda yeniləşmə, abadlıq, quruculuq işləri aparılır. şəhərin ekologiyasının yaxşılaşdırılması və yaşıllıqların salınması yönümündə layihələr həyata keçirilir.

Bələdiyyə büdcəsini formalaşdırmaq və qarşıya qoyulmuş yerli sosial, iqtisadi-inkişaf və ekologiya məsələlərini həll etmək üçün müvafiq qanunvericiliyə uyğun olaraq bütün imkanlarımızdan istifadə etmişik, belə ki, fiziki şəxslərdən torpaq vergisindən, dayanacaq rüsumundan, Kurort rüsumundan, torpağın özəlləşdirilməsindən, icarə haqqından və əmlak vergisindən bələdiyyə büdcəsinə vəsait daxil olmuşdur.

02.04.2016-cı il tarixdə cəbhənin Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman şəhid olmuş Naftalan şəhər sakini kapitan Bayramov Vaqif Dilqəm oğlunun il dönümü təşkil olunmuşdur.

Bələdiyyənin mülkiyyətində olan “Qələbə” parkının yaşıllıqlarının qorunub saxlanması üçün Artezian quyusu təmir edilmiş və istifadəyə verilmişdir.

Bələdiyyənin inzibati binasının tikinti işlərinin davam etdirilməsi üçün aidiyyatı şirkətlə Müqavilə bağlanmışdır.

Fərdi yaşayış evi tikmək üçün şəhər sakinlərinə torpaq sahələri ayrılmışdır.

Bundan sonra da Naftalan bələdiyyəsi şəhərin yerli sosial məsələləri həllində yaxından iştirak edəcəkdir.

 Mahir Məmmədov 

Naftalan bələdiyyəsinin sədri                                     

ŞƏRHLƏR