Avropa ittifaqının maliyyə dəstəyi ilə BMT-nin inkişaf Proqramı tərəfindən şərq Tərəfdaşlığı ölkələri ərazisində icra edilən “iqtisadi inkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” Proqramı çərçivəsində təşkil olunan regional “Göstər və Danış” (Show&Tell) platformasında Azərbaycanın 6 yerli özünüidarəetmə orqanına qrantlar təqdim edilib.
Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Avropa ittifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko bələdiyyələrin bu layihədə iştirakını dəstəklədiyini deyib. O, Ai-nin ölkəmizdə iqtisadiyyatın inkişafı naminə bələdiyyə sədrləri layihəsinin gerçəkləşdirilməsindən məmnun olduğunu bildirib. O deyib ki, “şəhər transformasiyası”na 60 min avroyadək, “Portfel səyahəti”nə isə 240 min avro ayrılıb. Bu layihələr bələdiyyələrə təqdim olunub. Ai Azərbaycan hökuməti ilə bu istiqamətdə sıx əməkdaşlığı davam etdirməkdən məmnundur”, - deyə P.Mixalko diqqətə çatdırıb.
Qeyd edək ki, “iqtisadi inkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” Proqramında 6 bələdiyyə - Naftalan, Xırdalan, Urva, Mingəçevir, Səbail bələdiyyələri və içərişəhər Dövlət Qoruq idarəsi qalib elan olunublar.
Xatırladaq ki, “iqtisadi inkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” Proqramı Azərbaycanda bu ilin martında fəaliyyətə başlayıb və proqrama Azərbaycan üzrə 50 yerli özünüidarəetmə orqanı üzv olub.
https://modern.az/aktual/361749/naftalan-belediyyesine-avropa-ittifaqinin-ve-undp-nin-sertifkati-teqdim-olunub/