"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nailiyyətlərimizdə icra hakimiyyətinin də dəstəyi vardır

--2016-02-06 / 21:00

Kürdəxanı qəsəbəsinin Yerli Özünüidarəetmə orqanı olan bələdiyyə ötən ildəki fəaliiyətinin nəticələri ilə bağlı toplantı iştirakçılarına geniş məlumat verərək bildirdi ki, vətənimizin hər yerində olduğu kimi bizim qəsəbədə də, 2015-ci il Cənab prezidentimiz ilham əliyevin başçılığı ilə həyata keçirilən inkişaf strategiyası quruculuq, abadlıq, insanların həyat rifahının yüksəldilməsi, ölkəmizin hər bir yaşayış məntəqəsində nəzərə çarpan inkişaf, rayonumuzda da öz əksini tapmışdır.

Bələdiyyənin müstəqil bir qurum kimi olmasına baxmayaraq yerli əhəmiyyətli, xüsusi dövlət proqramlarının həyata keçirilməsi və Sabunçu rayon icra Hakimiyyəti rəhbərliyinin təşkilatçılığı ilə hər bir tədbirlərdə də iştirak edirik. il ərzində Sabunçu rayon icra Hakimiyyətinin yerli məsələlərin həllində bizə göstərdiyi dəstək nəticəsində Kürdəxanı qəsəbəsində mühüm işlər görülmüşdür.

Belə ki, bildiyiniz kimi bələdiyyənin yeganə gəlir mənbəyi olan torpaq, icarə  və əmlak vergilərindən  il ərzində bələdiyyə büdcəsinə 77020 manat  vergi daxil olmuşdur. Maliyyə Nazirliyi tərəfindən dotasiyadan gələn 2620 manat vəsait də il ərzində Kürdəxanı bələdiyyəsinin hesabına köçürülmüşdür. Yeni Yaşayış Massivində və kənd daxili yolların təmiri üçün 7389 man., qəsəbədə yaşayan imtiyazlı, aztəminatlı, imkansız ailələrə 55 nəfərə -(birdəfəlik) 2.393 man. yardımlar olunmuşdur. Qəsəbədə yerləşən 4 qəbrstanlıqda abadlıq üçün 1.900 man vəsait xərclənib.

Ümumilikdə 63725 manat vəsait ayrılmışdır.

Kürdəxanı bələdiyyəsinin 02 fevral  2015-ci il tarixdə keçirilmiş iclasında nəzərdə tutulan 25 bənddən ibarət tədbirlər planı digər məsələlər kimi də öz həllini tapmışdır. Belə ki, bələdiyyə qəsəbədə bayram günlərində də,  adi günlərdə də keçirilən tədbirlərdə təşkilatçı və birbaşa olaraq iştirak etmişdir. Qəsəbə ərazisində yerləşən yeganə tədris mərkəzi  olan 113 saylı məktəbdə və “Mədəniyyət evi”ndə təşkil olunan mədəni kütləvi tədbirlərdə yaxından iştirak etmişdi. “Mədəniyyət evi”nin müraciəti ilə səhnəsini, Kürdəxanı sağlamlıq mərkəzinin kanalizasiya xəttini, Təcili tibbi yardımın su xətlərinin təmirini, Yeni Massivdə bir neçə küçənin torpaqla doldurulması işləri də görmüşdür. Küçələrin hamarlanması, qəbristanlıqlarda  abadlıq və su xəttinin çəkilməsi, küçələrdə kanalizasiya xətlərinin təmizlənməsi, bərpası və s.

Bələdiyyədə fəaliyyət göstərən “Torpaq və ərazi idarəetmə şöbəsi”nə daxil olan yazılı, istərsə də şifahi müraciətləri, Bələdiyyə tərəfindən verilmiş icarə müqavilələrinin sxemlərində, torpaq  sahəsinin bağ nömrələrinə aydınlıq gətirmək, verilmiş sahənin koorinat nöqtələrini müəyyənləşdirmək, qonşu bağ sahibləri ilə yaranmış torpaq sərhədləri və sair mübahisələrdən ibarət olmuşdur. Daxil olan bütün müraciətlər vaxtında və qanun çərçivəsində öz həllini tapmış, vətəndaşlara şifahi və yazılı cavablar verilmişdir.

il ərzində Kürdəxanı bələdiyyəsində müxtəlif məsələlərin həlli üçün 15 iclas keçirilmiş həmin iclaslarda 66  məsələyə baxılıb, qərar verilmişdir.

2015-ci ildə Mülki işlər üzrə Məhkəmə orqanlarından 51 ədəd, dövlət struktur və qrumları tərəfindən 48 ədəd, Bələdiyyələrin iş mərkəzindən 23 ədəd, ümumilikdə 122 ədəd Kürdəxanı Bələdiyyəsinə məktub və sorğular daxil olmuşdur. Həmçinin müxtəlif məzmunlu 173 ədəd ərizə bələdiyyəyə daxil olmuş və ərizələr cavablandırılmışdır. 3 arayış Sosial Müdafiə Fonduna,  104 ədəd məktub müxtəlif təşkilatlara və qurumlara göndərilmişdir. Arxiv sənədlərində öz əksini tapmayan 10 icarə müqaviləsi bələdiyyə iclasının qərarından sonra aktlaşdırılmışdır.

2015-ci ildə 3  nəfər əmək qanunvericiliyinə uyğun işə qəbul olunmuşdur.

Kürdəxanı Bələdiyyəsində 800-dən çox vətəndaş sədr və müavin tərəfindən qəbul edilmişdir.

Vergi şöbəsində il ərzində yığılan vergi – torpaq vergisi 8615,35 manat, icarə vergisi – 62642.39  manat, əmlak vergisi – 5763,05 manatdır. Ümumilikdə 77020,79 manat olmuşdur

Qarşımıza qoyulmuş məsələlərin həyata keçirilməsi tədbir planına uyğun addımların atılması və seçicilərimizin qarşısında gördüyümüz işlərin yerinə yetirilməsində bizə böyük dəstək və dayaq olan xüsusi diqqətlə qayğı göstərdiyi üçün  Sabunçu rayon icra hakimiyyətinə minnətdarlğımızı bildiririk.

Heyran Kərimova

Sabunçu rayonu

Kürdəxanı Bələdiyyəsinin sədri 

 

 

ŞƏRHLƏR