Ölkəmizdə formalaşan 1607 bələdiyyəyə kimlər rəhbərlik edir?
Tanıtmamızı davam etdiririk.
Bu dəfə Qarabağ rayon Lökbatan bələdiyyəsinin sədri Namizəd ismayılov haqqında bilgiləri sizlərin müzakirəsinə təqdim edirik:
Namizəd ismayıl oğlu ismayılov 15 avqust 1962-ci ildə Ermənistan SSR-nin Kalinino rayonunun Dəmirçilər kəndində anadan olub.
01 sentyabr 1969-cu ildə Dəmirçilər kənd orta məktəbinin birinci sinfinə gedib. 1979-cu ildə orta məktəbi Gürcüstan SSR-nin Dmanisi rayonunda bitirən Namizəd ismayılov həmin ildə Bakıdakı Lenin adına toxuculuq kombinatında usta köməkçisi vəzifəsində əmək fəaliyyətinə başlayıb.
1981-1983-cü illərdə hərbi xidmətdə olub.
1986-cı ildə Qazaxıstan SSR-in Qustanay şəhərində inşaat Mühəndisləri Texnikumunu bitirib.
Həmin il təyinatla ivanovka rayonunda tikinti üzrə sahə rəisi işləyib.
1990-cı ildən 1996-cı ilə qədər Qaradağ rayon 1 saylı xüsusi Təmit-tikinti idarəsinin baş mühəndisi, 1996-cı ildən 1997-ci ilə qədər Qaradağ rayon icra Hakimiyyətinin Təsərrüfat şöbəsində şöbə müdiri, 1997-ci ildən Tikinti-Quraşdırma idarəsinin rəisi işləyib.
1995-ci ildə Azərbaycan Memarlıq və inşaat universitetinin Sənaye və Mülki Tikinti iqtisadiyyatı fakultəsini bitirib.
2000-ci ildə yeni yaradılmış Su Təsərrüfatı idarəsinin baş mühəndisi, köçürmə yolu ilə 2001-ci ildə Mənzil Kommunal Təsərrüfat Birliyinin baş mühəndisi vəzifəsində çalışib.
2010-cu ildən Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsini icra edib.
23 dekabr 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində namizədliyini verərək Lökbatan bələdiyyəsinin üzvü seçilib.
31 yanvar 2015-ci ildən Lökbatan bələdiyyəsinin sədridir.