"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nazim Qaraxanov Türkiyəli həmkarlarına təbrik məktub göndərib

--2019-04-25 / 11:45

Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov 31 mart tarixində qardaş Türkiyə Cumhuriyyətində keçirilən bələdiyyə seçkilərində qalib gəlmiş həmkarı Kocaeli Böyükşəhər bələdiyyəsinin sədri Tahir Büyükkakına və izmit Bələdiyyəsinin sədri xanım Fatma Kaplan Hürriyətə təbrik məktubu göndərib.

Həmkarlarını sədr seçilmələri münasibətiylə təbrik edən Nazim Qaraxanovun məktubunda qeyd edilir: “Öncə Sizi Türkiyə Cümhuriyyətinin Kocaeli Böyük şəhər Bələdiyyə Başkanı seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edir və işlərinizdə uğurlar arzulayıram. Ümidvaram ki, Sizin Başkanlıq dövrünüzdə də Azərbaycan xalqının Ümummilli lideri Heydər əliyevin ‘‘bir millət iki dövlət‘‘ deyiminə söykənərək bələdiyyələrimiz arasında dostluq və qardaşlıq münasibətlərimiz inkişaf edəcəkdir.”

Sədr daha sonra qeyd edib ki, izmit və Nəsimi bələdiyyələri 13 avqust 2015-ci ildə qardaşlıq münasibətlərinin qurulmasıyla bağlı imzalanmış müqavilədən sonra münasibətlərimiz daha sıx şəkildə inkişaf edəcəkdir.

Belediyye.info

 

 

 

 

 

ŞƏRHLƏR