Azərbaycanda ilk dəfə nazir işğaldan azad olunmuş ərazidə vətəndaşlar üçün qəbul keçirəcək.
AzVision.az xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədov
Cəbrayıl rayonunun
Cocuq Mərcanlı kəndində
Cəbrayıl,
Füzuli və
Beyləqan rayonlarının sakinlərini qəbul edəcək.
Qəbul fevralın 23-də olacaq.
Qeyd edək ki, 2 aprel 2016-cı ildə
Cocuq Mərcanlı kəndində yerləşən Lələtəpə yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.