sorğu
əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 4 rayonun Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədrini vəzifələrindən kənarlaşdırıb.
“Qafqazinfo”nun Unikal.org-a istinadən verdiyi məlumata görə, nazirin əmrinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin - Sabunçu rayon TSEK sədri – Vahid ibrahimov, Qəbələ rayon TSEK-in sədri Eldar Abbasov, Ağcəbədi-Ağdam TSEK-in sədri Yaşasın Haqverdiyev, Nərimanov TSEK-in sədri şahin Verdiyevi vəzifəsindən uzaqlaşdırıb.
Qeyd edək ki, işdən kənarlaşdırılanlar arasında olan Nərimanov TSEK-in sədri şahin Verdiyev Ağdam Rayon icra Hakimiyyətinin icra başçısı olmuş Səyyaf Verdiyevin oğludur.
Belediyye.info